Bankomat kartı geri qaytarmırsa, nə etməli?
Tarix: 23.08.2019 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Bəli, bu, xoşagəlməz olsa da, tamamilə həll ediləcək bir problemdir. Belə olan halda yalnız necə hərəkət etməyi bilməyiniz vacibdir.
AZƏRTAC "inadçı" bankomatla baş verən belə hallarda karınıza gələcək bir neçə sadə məsləhəti diqqətinizə çatdırır.

Bankomat niyə kartı geri qaytarmır?

Bunun bir neçə - həm ciddi, həm də mənasız səbəbi ola bilər.
Kart maqnitsizləşib; PİN-kod bir neçə dəfə ardıcıl olaraq səhvən yeridilib; Kartın müddəti keçib, yaxud bloklanıb; Siz ayrılan vaxt başa çatdıqda kartı geri götürməmisiniz; Aparılan əməliyyat şübhə yaradıb (məsələn, bütün vəsaitin hesabdan çıxarılması); Bankomat qırılıb, yaxud "donub".

İlk növbədə nə etməli?

Siz nəyinsə qaydasında olmadığını dərhal başa düşdükdə "Ləğv" düyməsini basın. Bəzi hallarda bu variant kömək edir və bankomat kartı qaytarır.
Məbada bankomatdan aralanmayın. Onun sadəcə olaraq "donması" tamamilə mümkündür, aparat 10-20 dəqiqədən sonra "özünə gələ" və kartınızı sizə qaytara bilər. Əgər asanlıqla problemi həll etmək sizə nəsib olmadısa, o zaman digər vasitələri sınaqdan keçirin.
Kartı "udan" sizin bankınızın bankomatıdırsa
Bu halda geri qaytarma proseduru çox sadədir, lakin vaxt tələb edir. Beləliklə, hərəkətlərin ardıcıllığını təqdim edirik.
Banka zəng edərək insident barədə xəbər verin. Kartın geri qaytarılması üçün hansı sənədlərlə haraya müraciət etməyiniz barədə sizi məlumatlandıracaqlar. Əlaqə telefonu bankomat üzərində qeyd olunmalıdır.
Yaxşı olardı ki, kart bloklansın. Bu halda siz kartdan üçüncü şəxsin istifadə etməyəcəyinə əmin olacaqsınız.
Mümkünsə əlinizin altında bankınızın əlaqə nömrəsini gəzdirin. Məsələn, nömrəni mobil telefonunuzun yaddaşına qeyd edin. Həmçinin kartınızın nömrəsini, istifadə müddətini və gizli sualı yadınızda saxlayın.

Kartı "udan" sizin bankınızın bankomatı deyilsə

Mütləq kartı bloklayın; Sizin probleminizdə təqsiri olan bankomatın məxsus olduğu banka zəng edin və kartın geri qaytarılma qaydasını dəqiqləşdirin. Əlaqə telefonu bankomat üzərində qeyd olunmalıdır; Baş verən vəziyyət barədə öz bankınıza xəbər verin. Kartın geri qaytarılması üçün sizin bankdan təsdiqləyici məktub lazım ola bilər.
Yadda saxlayın! Baş verən hal xoşagəlməzdir, lakin pulların itməsi deyil. Kartınızda saxlanılan vəsait sizin hesabınızda qalacaq. Ehtiyac yarandığı halda daim bankınıza müraciət edə və kassadan sizə lazım olan məbləği ala bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
20.09.2020
Robotlar insanlar üçün niyə qorxuludur?
17.09.2020
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
16.09.2020
Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
16.09.2020
Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO
14.09.2020
Diş ağrısı niyə gecələr başlayır?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info