Həddindən artıq məşqlər diş sağlamlığına mənfi təsir göstərir
Tarix: 23.08.2019 | Saat: 23:58:00 | E-mail | Çapa göndər



İngiltərədə aparılan elmi tədqiqat həddindən artıq məşqlərin diş sağlamlığına mənfi təsir göstərdiyini müəyyən etdi.


İngiltərədə London universitetinin əməkdaşı dr. Culi Qallaherin (Julie Gallagher) rəhbərliyi ilə olimpiya oyunçuları da daxil olmaqla, 352 peşəkar idmançının üzərində aparılan tədqiqatda həddindən artıq məşq edən idmancıların dişlərində problemlərin yüksək səviyyədə olduğu müəyyən olundu.
Mütəxəssislər idmançıların gündə iki dəfə fırçalamalarına baxmayaraq, dişlərində problemlərin yaranmasını həddindən artıq məşqlərin tüpürcək və immun sistemdə baş verən dəyişikliklərlə izah edirlər.
Peşəkar idmançıların sağlamlığının pisləşməsində yüksək şəkərli enerjiartırıcı içkilərin və qidaların da rol oynadığını söyləyən mütəxəssislər idmançıların 49.1 faizində ciddi kariyes müşahidə olunduğunu qeyd edirlər.
Futbol, ​​reqbi, velosiped sürmə, avarçəkmə və gimnastika daxil olmaqla, 11 idman növündə fəaliyyət göstərən peşəkar idmançıların 32 faizi sağlamlıq vəziyyətlərinin professional göstəricilərinə mənfi təsir etdiyini bildiriblər.
Tədqiqatın təfərrüatları “British Dental Journal”da dərc edilmişdir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı
18.09.2019
Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info