Bu element qonşu ulduz sistemlərindən dünyamıza çatan bir qalıqdır
Tarix: 24.08.2019 | Saat: 00:15:00 | E-mail | Çapa göndər



Alimlər Antarktika qitəsində ulduz partlamalarından qalan 60 izotoplu dəmir elementi kəşf edib.



"Science Daily" internet saytından yayılan məlumata görə, Almaniyanın Münhen Texniki Universitetinin alimləri Antarktikadakı qar kütlələri üzərində apardıqları araşdırmada Yer kürəsində olmayan 60 izotoplu dəmir elementi təsbit edərək bildiriblər:
"Dəmir-60" adlandırılan bu elementin enerjisi bitən böyük ulduzların ölərkən yaranan süpernova partlamaları və ya kosmik tozların kosmik radiasiya ilə təsirlənməsi nəticəsində meydana çıxıb. Sözügedən element qonşu ulduz sistemlərindən Yer planetinə çatan bir qalıqdır.
“Dəmir-60”ın yarı ömrü təxminən 2,6 milyon ildir. Mövcud qalıqlar dünyanın erkən meydanagəlmə mərhələsində olan kimyəvi qarışıq təsirlərin nəticəsi deyil, o, Yer üzünə qonşu ulduzlardan gəlib”.
Qeyd edək ki, dünyaya hər il 1-2 mindən 10 min tona qədər dəyişən miqdarda kosmik toz səpilir. Bunun böyük hissəsi Günəş sistemindəki asteroid və peyklərdən gəlir, bir qisimi isə uzaq ulduzlardan qaz buludları vasitəsilə Yer üzünə tökülür.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
“Google” şirkəti dünyada ən güclü kvant kompüteri hazırlayıb
21.09.2019
70 minlik saatı oğurlandı
20.09.2019
İlan onunla şou göstərən oğlanı sancdı
20.09.2019
Messi geyim brendini yaratdı
20.09.2019
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info