Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
Tarix: 24.08.2019 | Saat: 00:20:00 | E-mail | Çapa göndər



Amerikanın “Jewish Journal” nəşri Azərbaycan haqqında çoxlu sayda məqalənin müəllifi və Xocalı faciəsinin möcüzə nəticəsində sağ qalmış şahidi Dürdanə Ağayevanın Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi haqqında yazısını dərc edib.

AZƏRTAC xəbər verir ki, müəllif əsrlərboyu bütün planetdə həyatın ən vacib və fundamental sahələrində hüquqları məhdudlaşdırılan qadınların ağır vəziyyətini qeyd edib. Əlavə edib ki, ötən əsrdə dünyada zərif cinsin nümayəndələrinin həyatını kökündən dəyişən dramatik hadisələr baş verib.
D.Ağayeva yazıb ki, Azərbaycanda bu mütərəqqi proses digər ölkələrdən daha tez baş verib. 2019-cu il iyulun 21-də ölkədə qadın bərabərliyinin elan edilməsinin 100 illiyi qeyd olunur. Qadınlar üçün tam və bərabər hüquqların təmin olunması seçki hüququnun verilməsinə qədər başlayıb, lakin rəsmi olaraq 1919-cu il iyulun 21-də təsbit edilib. Belə ki, zərif cinsin 20 yaş və ondan böyük olan nümayəndələrinə səsvermədə iştirak etmək və ictimai vəzifələrə seçilmək üçün öz namizədliyini irəli sürmək hüququ verilib
1918-ci ildə qurulan və müsəlman ölkələri arasında ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti cinsiyyətindən, irqindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının bərabərliyini elan edib. Respublikanın bütün vətəndaşlarına bərabər hüquqların tanındığını bəyan edən Azərbaycan bu tarixi nailiyyətlərə dünyanın bir çox ölkələrindən əvvəl, hətta 1920-ci ildə qadınlara səsvermə hüququ verən Amerika Birləşmiş Ştatlarından da öncə imza atıb. Əhalisinin əksəriyyətinin müsəlman olduğu nəzərə alındıqda, respublika üçün bu addım çox əlamətdar idi və dünyadakı hər hansı müsəlman ölkəsindən daha tez atılıb.
Ölkənin paytaxtı Bakıya səfər edən qonaqlar tez-tez şəhərdəki məşhur “Azad qadın” heykəlinə baş çəkirlər. Bu, nəzərləri gələcəyə yönəlmiş və çadradan xilas olmuş gözəl, məğrur və qüdrətli Azərbaycan qadınının rəmzidir. O, eyni zamanda, cəmiyyətimizin qadına münasibətini də təcəssüm etdirir.
Müəllif qeyd edir ki, Azərbaycanda qadınlar üçün yaradılan şərait, o cümlədən bu sahədə ölkənin beynəlxalq reytinqi yaxşılaşır. Məsələn, Dünya İqtisadi Forumunun 2018-ci ildə yaydığı Qlobal Gender Fərqi İndeksində Azərbaycan iqtisadi iştirak və imkanlar kateqoriyasında təkcə öz qonşuları Gürcüstan və Ermənistanı deyil, həmçinin Avropa İttifaqının bir çox ölkələrini, o cümlədən Avstriya, Fransa, Böyük Britaniya, Belçika, Niderland, İspaniya, Yunanıstan, Polşa və digərlərini geridə qoyub. Qadınların təhsil səviyyəsi üzrə kateqoriyada isə Azərbaycan bir çox inkişaf etmiş ölkələri, o cümlədən Birləşmiş Ştatları da qabaqlayıb.
D.Ağayeva məqaləsinin sonunda yazır: “Bizim ölkədə Birinci vitse-prezident Mehriban Əliyeva, zərif cinsin parlamentdə təmsil olunan 21 üzvü, Ali Məhkəmənin hakimləri, o cümlədən yəhudi millətindən olan Tatyana Qoldman və digərləri kimi çox gözəl lider qadınlar var”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
20.09.2019
Ziyalılar sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyir
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info