Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
Tarix: 24.08.2019 | Saat: 10:48:00 | E-mail | Çapa göndər



Aparılan məqsədyönlü tədbirlər nəticəsində cari ildə Şərur rayonunda ailə təsərrüfatlarının sayı 115-ə çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Sərəncamı ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Şərur və Sədərək rayonlarında fəaliyyət göstərən ailə təsərrüfatçılarının iştirakı ilə keçirilən seminar-müşavirədə danışılıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiridə çıxış edən icra hakimiyyəti başçısının müavini Anar Zeynalov bildirib ki, “Ailə təsərrüfatları ili”ndə görülən çoxşaxəli tədbirlər Şərur rayonundakı belə təsərrüfatların da inkişafına böyük stimul olub, bölgədə yeni təsərrüfatların formalaşmasına geniş imkanlar açıb. Rayon ərazisində 5 hektar sahədə yer fıstığı və 1,2 hektarda qızılgül əkini aparılıb, bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.
“Ötən dövr ərzində rayonda ailə təsərrüfatçılarına öz təsərrüfatlarını genişləndirmək üçün 61 min 600 manat kredit verilib. Eyni zamanda, hüquqi və fiziki şəxslərə 1 milyon 419 min 100 manat dəyərində 71 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlığı lizinq yolu ilə güzəştli şərtlərlə satılıb”, – deyən Anar Zeynalov vurğulayıb ki, keçirilən “Ailə təsərrüfatı məhsulları” festivallarında rayondakı ailə təsərrüfatları tərəfindən istehsal edilən məhsullar yüksək səviyyədə nümayiş olunur. Ötənilki festivala rayonun 84 ailə təsərrüfatçısının iştirakı ilə 221 növdə 6 minə yaxın qablaşdırılmış məhsul çıxarılıb. Bu, növbəti tədbirlərdə məhsul sayının artacağına əminlik yaradır.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Oqtay Məmmədov, İqtisadiyyat Nazirliyinin əməkdaşı İsa Novruzov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Əli Şərifov və aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramovun da çıxışları dinlənilib.
Sonra suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Qubada bir kənddə 8 müəllim koronavirusa yoluxub
21.09.2020
Azərbaycanda 92 nəfər koronavirusa yoluxdu, 81 nəfər sağaldı, 1 nəfər vəfat etdi
21.09.2020
Goranboyda şəhid bulağının açılışı olub
20.09.2020
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
19.09.2020
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
2 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
3 “Azərbaycan öz məmləkətimizdir“
4 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
5 Sığorta bazarını necə inkişaf etdirmək olar?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info