Azərbaycanın hərbi orkestri “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında
Tarix: 24.08.2019 | Saat: 14:50:00 | E-mail | Çapa göndər



Azərbaycan Ordusu Moskvada keçirilən “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında ilk dəfə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, avqustun 23-də Moskvadakı Qırmızı Meydanda başlayan “Spasskaya Başnya” festivalında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri də iştirak edir. Sentyabrın 1-dək davam edəcək festivala yaradıcı heyət polkovnik Etibar Əliyevin rəhbərliyi ilə qatılıb.
Tərkibi hər il dəyişilən və dünyanın ən böyük musiqi festivallarından olan “Spasskaya Başnya” beynəlxalq hərbi musiqi festivalında bu il də izləyicilər maraqlı kollektivlərin çıxışlarını izləyə biləcəklər.
Xatırladaq ki, 1992-ci ilin fevralından fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri Müdafiə Nazirliyinin əsas orkestrlərindən biri sayılır. Orkestrin hərbi dirijoru mayor Fariz Məmmədzadədir.
Festivalın qaydalarına uyğun olaraq yarışda orkestrlə birlikdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı da çıxış edirlər. Festival zamanı hər komandaya altı dəqiqə vaxt veriləcək. Bu vaxt ərzində orkestrlər təmsil etdikləri ölkənin və digər dünya xalqlarının mahnı və marşlarını ifa edirlər. Heyətimiz festivalda Müslüm Maqomayevin “Radio marşı”, “Odlar yurdu Azərbaycan”, Əlimərdan Əliyevin “Bayramlı Azərbaycan”, Üzeyir Hacıbəylinin “Cəngi” musiqilərini ifa edəcək. Həmçinin orkestrin şəhər sakinləri və qonaqlar üçün də bir neçə konsert proqramı təşkil etməsi planlaşdırılır. Şəhərin mərkəzi meydanlarında baş tutacaq həmin konsertlərdə Fikrət Əmirov, Qara Qarayev, Polad Bülbüloğlu, Tofiq Quliyev, Rauf Hacıyev, digər yerli və dünya klassiklərinin əsərləri təqdim ediləcək.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
AzTV “Diriliş Ertuğrul” serialını yayımlayacaq
24.09.2020
“Qara dul qadın” filminin premyerası təxirə salınıb
23.09.2020
Opera səhnəmizin “Nigar”ı
22.09.2020
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info