Neymar PSJ ilə yaxınlaşmaq niyyətindədir
Tarix: 24.08.2019 | Saat: 18:00:00 | E-mail | Çapa göndər



Braziliya yığmasının hücumçusu Neymar heyətində oynadığı Fransanın PSJ klubu ilə yaxınlaşmaq niyyətindədir. AZƏRTAC xəbər verir ki, bu barədə “L`equipe” nəşrinə istinadla “Qazeta.Ru” məlumat verib.

Mənbənin məlumatına görə, klubun rəhbərliyi və futbolçu barışığa gəliblər, onların münasibətləri düzəlməyə başlayıb. PSJ başa düşür ki, 27 yaşlı futbolçunun yay transfer pəncərəsinin bağlanmasına qədər başqa komandaya keçməsi çox çətin olacaq. Daha əvvəl bildirilmişdi ki, PSJ bu komandanın heyətində oynamaq istəmədiyinə görə Neymarı satmaq niyyətindədir. Hazırda Neymara İspaniyanın “Barselona” və “Real”, habelə İtaliyanın “Yuventus” klubları maraq göstərirlər.
Vəziyyətlə tanış olan mənbə deyib: “Daha heç bir müharibə yoxdur”.
Neymar 2017-ci ilin yayında rekord məbləğ olan 222 milyon avro müqabilində “Barselona”dan PSJ-yə keçib. Hücumçunun Fransa komandası ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Braziliyalı parislilərin komandasında müxtəlif turnirlərdə 58 görüş keçirib, 51 qol vurub və 29 səmərəli ötürmə edib. İki dəfə Fransa çempionu olub, Fransa Kubokunu, Liqa Kubokunu və Fransa Superkubokunu udub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Avropa Liqası: “Qarabağ”- “Sevilya“ oyunu başa çatıb
19.09.2019
Hacı Əliyevin qırmızı vərəqəsi ləğv edildi - Yenilənir
19.09.2019
PSJ “Real“ı uddu, “Mançester Siti“ və “Bavariya“dan böyükhesablı qələbə
18.09.2019
Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
18.09.2019
Moskvada keçirilən turnirində “ASCO-Dənizçi” II yeri tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info