Tokioda Yaponiyanın ən hündür göydələni inşa olunacaq
Tarix: 24.08.2019 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


Yaponiyanın "Mori Building" tikinti şirkəti Tokionun mərkəzində "Gündoğar ölkə"nin ən hündür göydələnini inşa edəcək.
AZƏRTAC bildirir ki, paytaxtın Minato rayonunda həyata keçiriləcək layihənin "Toranomon-Azabuday" adlanan ən hündür binasının hündürlüyü 330 metr olacaq.
2023-cü ildə inşaat işləri başa çatdırıldıqdan sonra 64 mərtəbəli bina Osaka şəhərində yerləşən və hündürlüyü 300 metr olan hazırkı lider Abeno Harukası ötəcək.
Şirkətin nümayəndələrinin bildirdiyinə görə, bina əsasən ofislər üçün nəzərdə tutulub. Yalnız son 11 mərtəbədə mənzillər yerləşəcək.
Əlavə olaraq bildirilir ki, həmin layihəyə ümumilikdə 3 tikili daxildir. Digər tikililərdə elit otel, beynəlxalq məktəb və müxtəlif dillərdə səhiyyə xidmətləri təklif edən xəstəxana yerləşəcək. Layihənin ümumi dəyəri 5,5 milyard dollar təşkil edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
70 minlik saatı oğurlandı
20.09.2019
İlan onunla şou göstərən oğlanı sancdı
20.09.2019
Messi geyim brendini yaratdı
20.09.2019
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib
20.09.2019
Brama, Orpinqton, Malin... Bu növ toyuqların Bakıda qiyməti 400 manata qədərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info