Nazirlər bölgələrdə vətəndaşları qəbul edib
Tarix: 24.08.2013 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Yevlax şəhərində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzində Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Göyçay, Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinlərinin qəbulunu keçirib.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 40 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 160, digər məsələlərlə bağlı müraciət etmiş 25 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub. İqtisadi inkişaf naziri Şahin Mustafayev isə İsmayıllıda vətəndaşları qəbul edib.
Şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda İsmayıllı ilə yanaşı, Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar da iştirak ediblər. Nazirliyin müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda vətəndaşların müraciət, şikayət və təklifləri diqqətlə dinlənilib. Müraciətlər əsasən sahibkarlığa dəstək, güzəştli kreditlərin verilməsi, sahibkarların hüquqlarının müdafiəsi və digər məsələlərlə əlaqədar olub. Müraciət və təkliflər dinlənilərək operativ surətdə araşdırılıb. Bir sıra müraciətlər yerindəcə həll edilib, bəzilərinin həlli ilə əlaqədar nazirliyin müvafiq strukturlarına konkret göstərişlər verilib. Qəbulda bəzi vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər də qaldırıblar. Bu cür müraciətlər aidiyyəti qurmalara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb. Vətəndaşlar yaradılmış şəraitdən razılıqlarını bildirmiş, əhalinin mövcud problemlərinin operativ həllinə xidmət edən bu cür qəbulların təşkili ilə bağlı verdiyi tapşırığa görə Prezidentə minnətdarlıqlarını bildiriblər. Vergilər naziri Fazil Məmmədov isə Şirvan şəhərindəki 5 saylı Ərazi Vergilər İdarəsində vətəndaşları qəbul edib. Şirvan şəhərindən, Sabirabad, Hacıqabul, Saatlı, Salyan, Neftçala, Göyçay, Kürdəmir və Ucar rayonlarından olan sakinlərin iştirak etdikləri qəbulda vətəndaşlar nazir Fazil Məmmədova müxtəlif məsələlərlə bağlı müraciət ediblər. Vergilər Nazirliyinə aid olan məsələlər nazirin göstərişi ilə yerindəcə həllini tapıb. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülüb.
Rasim




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır
24.05.2019
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info