“Qərbin bizi təhdidinə baxmadan Türkiyənin haqlarını sonunadək müdafiə edəcəyik”
Tarix: 25.08.2019 | Saat: 01:49:00 | E-mail | Çapa göndər


“Şərqi Aralıq mövzusunda qərb bizi təhdid edir. Biz təhdidə baxmarıq. Türkiyənin haqlarını sonuna qədər müdafiə edəcəyik və başımızı əymədik, əyməyəcəyik də”.
APA-nın yerli bürosunun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Artvin vilayətindəki Yusufəli su anbarının açılışından danışarkən deyib. Türkiyə prezidenti bildirib ki, 2021-ci ilin aprelində bu su anbarında elektrik enerjisi istehsal ediləcək və enerjinin dəyəri 1 milyard 250 milyon lira olacaq. Ərdoğan Türkiyənin enerji istehsalına və iqtisadi gücünün artması üçün Şərqi Araliq dənizində karbohidrogen yataqlarının axtarışına Qərbin maneələr yaratması məsələsinə də toxunub: “Bəziləri deyir, Şərqi Aralıq dənizində Amerika, Fransa, İngiltərə, Qatar var, amma tək bir ölkə yoxdur. O, hansı ölkəymiş? Türkiyəymiş. Ya sən müxalifsən deyə “Yavuz”umuzu, “Barbaros Xeyrəddin”imizdən xəbərin yoxdurmu? Qazma gəmilərimizdə dalğalanan nəhəng bayrağımızı görmürsənmi? Qərb bizi təhdid edir, amma biz təhdidə filan baxmarıq”.
Qeyd edək ki, Yusifəli su anbarı Türkiyədə birinci, dünyada 3-cü ən böyük su anbarı olacaq.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“B komandası“nın qalıqları Trampı müharibəyə cəlb etmək üçün aldatmağa çalışırlar“
20.09.2019
“Türkiyədən Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir“
19.09.2019
Azərbaycan dövləti təhsilin inkişafına, gənc nəslin inteqrasiyasına böyük önəm verir
18.09.2019
Minsk Qrupunun üzvü kimi İtaliyanın Qarabağ münaqişəsini diqqətdə saxlaması vacibdir
18.09.2019
ABŞ prezidenti Donald Trampdan İranla bağlı açıqlama

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info