Birləşmiş Ərəb Əmirliyində qadından qəribə boşanma ərizəsi
Tarix: 25.08.2019 | Saat: 09:36:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin qadın sakini məhkəməyə qəribə boşanma ərizəsi ilə müraciət edib.
AZƏRTAC Khaleej Times nəşrinə istinadla xəbər verir ki, qadın bu addımı ərinin “hədsiz məhəbbətinə” dözməməsi səbəbindən atıb. Bir illik evlilik həyatında onların arasında bir dəfə də olsa mübahisə baş verməməsi, ərinin heç vaxt onun üstünə çığırmaması və həmişə mehribanlıq göstərməsi qadını qane etməyib. Qadın yardım istəmədiyi halda, əri ev işlərində ona kömək göstərib, hətta yemək hazırlayıb.
“Mən mübahisə etmək, hətta bəzən savaşmaq istəyirəm, itaətdə keçən solğun həyat məni bezdirib. Mən heç olmasa bircə dəfə deyişmək istəyirəm, amma mənim romantik ərimlə bu, mümkün deyil. O, məni həmişə bağışlayır və hədiyyələr yağdırır”, - deyə qadın etiraf edib.
Ər isə hesab edir ki, heç bir pis iş görməyib, yalnız ideal ər olmaq istəyib. Bir dəfə xanımı ona köklüyü irad tutduqda, pəhriz saxlamağa və idmanla məşğul olmağa başlayıb. O, hakimdən xahiş edib ki, arvadına iddiasını geri götürməyi tövsiyə etsin. Nəticədə hakim ər-arvada barışmaq şansı vermək məqsədilə işə baxmağı təxirə salıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Yaponiyada əhalinin tərkibində yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb
20.09.2020
Robotlar insanlar üçün niyə qorxuludur?
17.09.2020
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
16.09.2020
Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
16.09.2020
Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info