“Zəngin bir ölkədə insanları belə saxladığımız üçün utanmalıyıq“
Tarix: 25.08.2019 | Saat: 14:19:00 | E-mail | Çapa göndər



Hollandiyada evsizlərin sayı 10 ildə iki dəfə artıb.

Hollandiyada evsizlərin sayı 10 ildə iki dəfə artıb. Ölkənin Statistik Bürosunun (CBS) məlumatına görə, ölkədə 18 - 65 yaş arası evsizlərin sayı 2009-cu ildə 17 min 800 idisə, 2018-ci ildə 39 min 300-ə yüksəlib.
Araşdırmalara görə, evsizlərin 57 faizini qaçqınlar təşkil edir. Avropa mənşəli olmayan, ölkəyə gələn immiqrant evsizlərin sayı təxminən 3 qat artaraq 6.500-dən 18.300-ə çıxıb. Bu adamların 16 faizi qadınlardır. 18 - 30 yaş arası evsizlərdə isə bu rəqəm 3 dəfə artaraq 4 mindən 12.600-ə yüksəlib.
Evsizlərin 37 faizi Amsterdam, Rotterdam, Haaq və Utrext kimi böyük şəhərlərdə yaşayır.
Qeyd edək ki, ölkədə qaçaq yaşayan evsizlər hesabata daxil deyil.
Hollandiya Səhiyyə, Rifah və İdman Nazirliyinin dövlət məsləhətçisi Paul Bloxuis (Paul Blokhuis) ictimai nəşriyyat orqanı olan NOS-da dərc olunan hesabatda bu rəqəmlərin "ürküdücü" olduğunu bildirərək deyib: "Ölkədə evsizlərin sayının enməsi yerinə artdığını bilirdik, lakin bu qədər böyük rəqəmin olması bir xəyal qırıqlığıdır. Zəngin bir ölkədə insanları yaxşı bir dam altında saxlamağı bacara bilmədiyimiz üçün utanmalıyıq."




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Livan Prezidenti: Hökumət böhranı ölkəni cəhənnəmə çevirə bilər
21.09.2020
İraqın şimalında PKK-nın iki terrorçusu zərərsizləşdirilib
21.09.2020
Bayden 200 milyon amerikalının öləcəyini bildirib
21.09.2020
Kolumbiyada kütlə atəşə tutulub, 5 nəfər yerindəcə ölüb
20.09.2020
ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
2 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
3 “Azərbaycan öz məmləkətimizdir“
4 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
5 Sığorta bazarını necə inkişaf etdirmək olar?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info