Özbəkistanda Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycanın “Mədəniyyət.az” jurnalının təqdimatı keçirilib
Tarix: 26.08.2019 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət.az” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin100 illiyi münasibəti ilə dərc olunan “Yaşa, Yaşa Azərbaycan” adlı xüsusi buraxılışının təqdimatı olub. İlk öncə iştirakçılara Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə jurnalın təqdimatı keçirilib. Azərbaycan Xalq Respublikasının 100 illiyi münasibəti ilə fotosərgi iştirakçılara nümayiş etdirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət, təhsil sahəsində çalışan mütəxəssislər, alimlər, ictimaiyyət nümayəndələri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər. Mədəniyyət Mərkəzinin Heydər Əliyev Muzeyində keçirilən təqdimat mərasimində çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi orqanı olan “Mədəniyyət.az” jurnalının xüsusi buraxılışı haqqında danışaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini, bu tarixi hadisə ilə əlaqədar Özbəkistanın paytaxtı Daşkənddə, habelə regionlarda keçirilən bütün tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyəti, onun ideyaları, xalqımızın istiqlal yolunda əldə etdiyi nailiyyətlərin geniş təbliğ olunduğunu qeyd edib. Diplomat Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi kimi Cümhuriyyətimizin, xalqımızın milli özünüdərk, öz müqəddaratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. O istiqlaliyyət ideyalarının xalqımızın yaddaşından heç vaxt silinmədiyini, müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən Cümhuriyyətimizin tədqiqi, onun ideyalarının təbliği istiqamətində layihələrin, işlərin həyata keçirildiyini qeyd edib.
Samir Abbasov jurnalda Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı olduqca maraqlı materialların, faktların yer aldığını, habelə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələrin, tədbirlərin, müsabiqələrin öz əksini tapdığını söyləyib.
“Mədəniyyət.az” jurnalının baş redaktoru, Əməkdar Mədəniyyət işçisi Zöhrə Əliyeva Azərbaycan Respublikasının 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar jurnalın Cümhuriyyətimizə dair xüsusi buraxılışının hazırlanması barədə öz fikirləri ilə bölüşüb, xalqımızın milli mənlik şüurunun özünə qaytarması, onun müstəqil dövlət qurmaq imkanlarına malik olduğunu sübut edən və bütün dünyaya nümayiş etdirən Cümhuriyyətimizin qazandığı uğurların jurnalda öz əksini tapdığını qeyd edib. O, bu istiqamətdə Özbəkistan ictimaiyyətinin maarifləndirilməsi, habelə xalqımızın istiqlal ideyaları, dövlətçilik ənənələri sahəsində əldə etdiyi nailiyyətlərin dünyaya çatdırılmasının olduqca vacib məsələlərdən olduğunu vurğulayıb.
Tanınmış Özbək alim-tərcüməçi Babaxan Şarifov Azərbaycan Demokratik Cümhuriyyətinin xalqın istiqlal tarixinin ən şanlı səhifəsi olduğunu qeyd edərək, bu Cümhuriyyətin davamçısı olan müstəqil Azərbaycanın dünya dövlətləri arasında inamla irəlilədiyini, böyük nailiyyələr əldə etdiyini söylərib.
Özbəkistanda azərbaycanlı alim, Beynəlxalq Akademiyanın həqiqi üzvü Almaz Məcidova dünya azərbaycanlılarının qüruru olan Azərbaycanın zəngin dövlətçilik tarixi olduğunu qeyd edib, xalqımızın qəlbində uzun illər yaşatdığı istiqlal ideyalarının gerçəkləşdirdiyini vurğulayıb. O, bu gün Azərbaycan və Özbəkistanın dünya dövlətləri arasında öz çəkisinin olduğunu, öz dəyərlərini, tarixini, mədəniyyətini yaşatdığını, inkişaf etdirdiyini bildirib.
Digər çıxışçıar filologiya elmləri üzrə fəlsəfə doktoru Gülnaz Səttarova, Özbəkistan Yazıçılar Birliyinin bölmə müdiri Risalət Muradova hər bir millət üçün istiqlaliyyətin qazanılmasının çətin və ağrılı olduğunu qeyd edərək, əldə olunan müstəqilliyin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinin vacib olduğunu söyləyiblər.
Sonda Azərbaycan Xalq Cümhuriyyəti irsinin təbliği və Özbəkistan ictimaiyyətinə çatdırılmasında xidməti olan bir sıra şəxslərə Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri diplomları təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
20.09.2019
“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq
19.09.2019
Azərbaycanlı rəssamın Neapol uğuru
19.09.2019
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
19.09.2019
“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info