Macarıstanda Qarabağla bağlı təqdimatlar və kitab sərgiləri keçirilib
Tarix: 26.08.2019 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Konflikt ərazilərində tarixi-mədəni irsin məhv edilməsi Avropa alimlərinin nəzərində” adlı layihə çərçivəsində Macarıstanda təşkil olunmuş “Avropa Gənc Alimlərinin Yay Məktəbi”ndə təqdimat və kitab sərgisi təşkil edilmişdir. Müxtəlif ölkələrdən tarixçi, politoloq, konfliktoloq və arxeoloq gənc alimlərin qatıldığı təqdimat mərasimində Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi və 27 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini dağıtması, tarixi faktları saxtalaşdırması, özününküləşdirməsi faktları iştirakçıların diqqətinə çatdırılmışdır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondunun birgə hazırladıqları sənədli film vasitəsilə Qarabağ abidələrinin münaqişədən əvvəlki vəziyyəti və münaqişə dövründə ermənilər tərəfindən dağıdılmış durumunu əks etdirən görüntülər iştirakçılara nümayiş etdirilmişdir.
Avropalı gənc alim və tədqiqatçılara münaqişə zonalarında maddi-mədəniyyət abidələrinin dağıdılmasına biganə qalmamaqla bağlı və bu kimi vandalizm aktlarına qarşı mübarizə aparmaqla bağlı müraciət olunmuşdur.
Ketsxey şəhərindəki Pannoniya Universitetində təşkil olunmuş kitab sərgisində Azərbaycan tarixi, Qarabağ həqiqətləri, azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı kitablar nümayiş olunmuşdur. Kitablardan bəzi nüsxələr Universitet kitabxanasına təqdim olunacaq, eyni zamanda iştirakçılar arasında paylanmışdır.

“Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağın yeganə yolu Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir”

Yeri gəlmişkən, ““Amerikanın səsi” radiostansiyası Ermənistanın BMT Baş Assambleyasında müzakirələr zamanı iştirakını tədqiq edib. Ermənistan 114 qətnamənin səsverməsində iştirak edib. Azadinform xəbər verir ki, politoloq Mübariz Əhmədoğlu bildirib ki, bu zaman onun iştirakı daha çox Azərbaycan, Türkiyə və Rusiyanın mövqeyi ilə üst-üstə düşüb, ABŞ-ın mövqeyinə uyğun olmayıb. O qeyd edib ki, 114 qətnamədən 76-sına Ermənistan və Azərbaycan eyni, cəmi 2-sinə fərqli səs veriblər: “Ermənistan və Gürcüstan 75 qətnaməyə eyni, 10-una fərqli səs veriblər. Ermənistan və Türkiyə 114 qətnamədən 69-na eyni, cəmi 9-na isə fərqli cavab veriblər. Ermənistanın səsverməsi 77 dəfə Rusiyanın mövqeyi ilə üst-üstə düşüb, 5 dəfə bir-birinə zidd olub, ABŞ-ın mövqeyi ilə isə cəmi 17 dəfə üst-üstə düşüb. Ermənistanın ABŞ, Rusiya, Gürcüstan istiqamətində səsvermələrdə iştirakı bizim indiki yazımızın müzakirə mövzusu deyil. Müzakirə mövzusu odur ki, regional siyasi arxitektura Ermənistanı əsas parametrlərini Azərbaycan və Türkiyənin müəyyənləşdirdiyi paradiqmaya yönəldir. Bu, regional siyasi proseslərin Ermənistana kifayət qədər mühüm strateji mesajıdır. Ermənilər təhtəlşüurda bu addımları atır, amma düzgün nəticə çıxara bilmir. Həm də Ermənistanın rəhbərliyi erməni xalqının genetik yaddaşını da inkar edir”.
Politoloq əlavə edib ki, yaranmış vəziyyətdə Ermənistanın öz təhtəlşüurunu və öz xalqının genetik yaddaşını anlaması zərurətə çevrilir: “Genetik yaddaşda əsas aparıcı parametr Azərbaycan və Türkiyə faktorudur. Əlbəttə, kimsə deyə bilər ki, Ermənistanın ABŞ-ın əleyhinə səs verdiyi qətnamələrdən biri İsrail səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı idi və burada Ermənistanın tutduğu mövqe daha çox İranla əlaqəli ola bilər. Bu amil özü də regional paradiqmada Azərbaycan və Türkiyənin mövqeyinin daha da təsirli olduğunu göstərir. Çünki ABŞ-ın Qüdslə bağlı qətnaməsində Türkiyə, Azərbaycan və İran eyni mövqedən çıxış etdi. Regionda ciddi proseslər gedir. N.Paşinyanın özü radikal islamçıların regiona daxil ola biləcəyini etiraf edir. Ermənilər bir neçə dəfə bu parametrdən Azərbaycanın əleyhinə istifadə etməyə çalışıblar. Elə proseslər var ki, Ermənistan onlardan yan keçə bilməyəcək. Ermənistan dövlətçiliyinin bu proseslərdən salamat çıxması üçün o, Türkiyə və Azərbaycanın paradiqmasında özünü rahat hiss etməlidir. Bunun üçün o həm Türkiyə, həm də Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağın yeganə yolu Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir”.
Borsunlu vaxtaşırı düşmənin atəşinə məruz qalsa da, bu, yurda, torpağa bağlı kənd sakinlərini qorxutmur
Nəzərə çatdıraq ki, Borsunlu kəndi Tərtər rayonunun təmas xəttinə ən yaxın məsafədə yerləşən yaşayış məntəqələrindəndir. Yüksək olmayan dağ silsiləsinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşən bu kənd Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü başlayandan düşmən qarşısında məğrur dayanıb. Düşmənə qarşı igidliklə döyüşən kənd sakinlərindən 6 nəfəri şəhid olub. İşğal altında olan Talış kəndinin yaxınlığında yerləşən Borsunlu vaxtaşırı düşmənin atəşinə məruz qalsa da, bu, yurda, torpağa bağlı kənd sakinlərini qorxutmur. Kənddə həyat öz axarı ilə davam edir. AZƏRTAC-ın bölgə müxbiri Borsunluya gedərək, qəhrəman kənd sakinləri ilə həmsöhbət olub.
Tərtər rayonunun digər cəbhəyanı kəndləri kimi Borsunluda da əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Cəbhə kəndi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub
Kəndin icra nümayəndəsi Xaləddin Qarayev söhbət zamanı bildirib ki, əhalisi 1200 nəfər, ərazisi 3175 hektar olan kənddə poçt, klub, kitabxana, tam orta məktəb fəaliyyət göstərir. Kənddə evlərə içməli su xətti çəkilib, qaz və elektrik problemləri həll edilib. Mənzillər telefon xətləri və internetlə təmin olunub. Kəndin mərkəzi küçəsində gecə işıqlandırma sistemi quraşdırılıb. Bu il əhalinin rayon mərkəzinə və digər rayonlara gediş-gəlişini yaxşılaşdırmaq üçün kənd ilə Gəncə-Tərtər magistral yolunu birləşdirən avtomobil yolu yenidən qurulub. Əkinlərin suvarma suyuna tələbatının ödənilməsi üçün subartezian quyusu qazılıb.
Borsunlu kəndi Tərtər rayonunun ən qədim yaşayış məskənlərindəndir. Kənd sakini Fazil Qədimov deyib ki, Borsunlu kəndinin adı qədim barsil–xazar boyları ilə bağlıdır. Borsunluda əhalinin məskunlaşması tarixi 1000-1200 ildən çoxdur. Kənddəki XIII-XIV əsrlərə aid qəbirüstü abidələr buranın yaşayış məskəni kimi qədimliyini sübut edir. Dünya əhəmiyyətli Borsunlu kurqanlarının tarixi isə daha qədimə - tunc və ilk dəmir dövrünə aid edilir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“News Blaze” nəşri: “Ermənistanda nasist veteranları “qəhrəman” hesab edirlər”
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info