Tez yorulmaq ürək xəstəliklərinin xəbərçisi ola bilər
Tarix: 26.08.2019 | Saat: 21:44:00 | E-mail | Çapa göndər



Yüngül fiziki məşqlərdən yorulmaq gələcəkdə baş verə biləcək ürək xəstəliklərinin əlaməti ola bilər.



"Medical News Today" saytının yaydığı xəbərə görə, tez yorulma ilə ürək xəstəliklərinə yaxalanma riski arasında əlaqənin öyrənildiyi tədqiqat işində 625 nəfər sınanılanın longityudal (uzunmüddətli) ürək sağlamlığı göstəriciləri təhlil edilib.
Tədqiqata cəlb edilən şəxslərin 10 il ərzində ürək xəstəliklərinə tutulma riskini hesablayan elm adamları 4,5 il sonra da yavaş yerimə testi ilə insanların nə qədər yorulduğunu ölçüblər.
Tədqiqatçılar ilk növbədə ürək-damar sistemi xəstəliklərinə tutulma riski yüksək olan şəxslərin ürək xəstəliyi riski olmayanlara görə adi məşqlərin sonunda daha tez yorulduğunu müəyyən ediblər.
Tədqiqat qrupunun üzvü Cennifer Şrak tədqiqatın nəticələrinin tez yorulan şəxslərdə gələcəkdə ürəkləri ilə bağlı narahatlıqlar yaşama riskinin digər fərdlərə görə çox daha yüksək olduğunu göstərdiyini bildirib.
Şrak tədqiqatın tez yorulan insanların həyat tərzlərini dəyişdirməsi və ürək xəstəliklərinə qarşı diqqətli olması baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Düzgün qidalanmanın və fiziki məşqlərin sağlamlıq üçün hər sahədə əhəmiyyətini qeyd edən Şrak: "İnsanlar eşitməkdən bezsələr də, düzgün qidalanma və məşq etmək sağlamlığın iki əsas şərtidir" deyib.
Tədqiqatçı normal çəkisini qorumağı bacaran və müntəzəm məşq edən fərdlərin həm tez yorulma probleminə həll tapa, həm də ürək xəstəliklərinə yaxalanma riskini azalda biləcəklərini söylədi
Tədqiat işinin nəticələri ABŞ Ürək Fondunun jurnalında dərc olunub.




 
Bölməyə aid digər xəbərlər
17.02.2020
Səhiyyə Nazirliyi və İTSDA Türkiyədə karantindən qayıdan tələbələrin durumu ilə bağlı məlumat yayıb
15.02.2020
Reyman İsmayılzadə: Leykoz sağalan xəstəlikdir
14.02.2020
Uşaqlarda yaddaşı gücləndirməyin yolları
14.02.2020
Yeməkdən sonra mütləq pendir yeyin. Çox faydalıdır!
13.02.2020
“Körpəlikdə istifadə edilən bezin sonsuzluq yaratması mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 “Dövlət dəstəyi sahibkarlığın inkişafında önəmli rol oynayır”
2 “İspaniya mediasında tez-tez Azərbaycan haqqında məlumat verilməsi bizə qürur verir”
3 “Paşinyan dövləti idarə etmək iqtidarında deyil”
4 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
5 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info