“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinə start verilib
Tarix: 27.08.2019 | Saat: 09:20:00 | E-mail | Çapa göndər



Avqustun 26-da Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağında “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə “ASAN xidmət”, Müdafiə Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Gədəbəy Rayon İcra Hakimiyyəti və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
Açılış mərasimindən öncə iştirakçılar Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzi və Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birliyi ilə tanış olublar.
Mərasimdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Hərbi Birliyin zabit heyəti və digər qonaqlar iştirak ediblər.
İştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, hörmət və ehtiramlarını bildiriblər.
Qonaqlar çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən hərbi quruculuqdan, o cümlədən ölkəmizin müxtəlif regionlarının sosial-iqtisadi inkişafından söz açıblar. Həmçinin diqqətə çatdırılıb ki, “ASAN Könüllüləri” tərəfindən dövlətçiliyin möhkəmləndirilməsi və gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində uğurlu layihələr icra olunub.
Sonra “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları Şəmkir Hərbi Birliyində zabit və əsgərlər üçün yaradılmış şəraitlə yaxından tanış olublar.
Daha sonra tədbir iştirakçıları Gədəbəy rayonuna gəliblər. İştirakçılar əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Düşərgə üzvləri həmçinin Gədəbəy rayonunun mərkəzində ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Nadir Quliyevin və Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun abidəsini ziyarət edib, hər iki döyüşçünün xatirəsini böyük hörmət və ehtiramla anıblar. Tədbirdə Məzahir Rüstəmovun valideynləri də iştirak edib. Çıxış edən polkovnik Abdulla Qurbani hər iki döyüşçünün keçdiyi şərəfli ömür yolu və şücaəti barədə düşərgə üzvlərinə ətraflı məlumat verib. Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası, professor İzzət Rüstəmov çıxış edərək nəinki onların övladlarına, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinə dövlətimiz tərəfindən böyük hörmət və ehtiram göstərildiyinə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Sonda “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları Gədəbəy rayonunun Düzyurd-Miskinli yaylağına gəliblər.
Tədbiri açan polkovnik Abdulla Qurbani son illərdə Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış ordu quruculuğundan və qazanılmış uğurlardan danışıb. Bu cür tədbirlərin gənclər arasında vətənpərvərlik hissinin yüksəlməsinə xidmət etdiyini deyən A.Qurbani Aprel döyüşlərinin düşmənə sarsıdıcı zərbə vurduğunu, işğal altında olan torpaqlarımızın isə tezliklə Azərbaycan Ordusunun gücü ilə geri qaytarılacağına əminlik yaratdığını deyib.
Tədbirdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov gənclər üçün bu cür hərbi düşərgələrin keçirilməsinin vacibliyini qeyd ediblər.
Çıxışlardan sonra hərbi orkestrin ifasında müxtəlif marşlar səslənib, xüsusi təyinatlıların nümunəvi çıxışları təqdim edilib.
Qeyd edək ki, 26-30 avqust tarixini əhatə edəcək “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsində iştirakçılar müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar təşkil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
20.09.2020
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
19.09.2020
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
18.09.2020
Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib
18.09.2020
Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi
18.09.2020
Deputat və icra başçısı məktəb tikintisi ilə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info