Naxçıvanda məşğul əhalinin sayı 1,4 dəfə artıb
Tarix: 27.08.2019 | Saat: 11:04:00 | E-mail | Çapa göndər



Muxtar respublikada son dövrlər iqtisadi və sosial sahələrdə həyata keçirilən məqsədyönlü siyasət dinamik inkişafı təmin etməklə bərabər, əhalinin səmərəli məşğulluğuna da geniş imkanlar yaradıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2005-ci ildən 1 iyul 2019-cu il tarixədək muxtar respublikada 68 min 300 yeni iş yeri açılıb. Həmin iş yerlərinin 79,5 faizini daimi iş yerləri təşkil edib. Bu iş yerlərinin 6166-sı yeni fəaliyyətə başlayan müəssisə və təşkilatlarda, 14639-u mövcud müəssisə və təşkilatlarda, 536-sı fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 32967-si isə fiziki şəxslərdə yaradılıb. Bu dövrdə ümumi açılmış iş yerlərinin 44,1 faizi Naxçıvan şəhərinin, 14,7 faizi Şərur, 12,5 faizi Babək, 7,1 faizi Ordubad, 8,6 faizi Culfa, 5,7 faizi Kəngərli, 4,8 faizi Şahbuz, 2,5 faizi Sədərək rayonlarının payına düşüb.
Aparılmış məqsədyönlü tədbirlərin nəticəsi olaraq son dövrlər muxtar respublikada rəsmi işsiz statusu olan şəxs qeydə alınmayıb, məşğul əhalinin sayı 2004-cü ilin sonu ilə müqayisədə 1,4 dəfə artaraq 1 iyul 2019-cu il tarixə 238,5 min nəfərə çatıb.
Sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişiklik yaradıb. Belə ki, 2004-cü ildə muxtar respublikada dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 23,7 faizini təşkil edirdisə, 2019-cu ilin birinci yarısında bu göstərici 16,8 faiz olub.
Cari ilin ötən dövründə muxtar respublikada muzdla işləyənlərin sayı 96,2 min nəfər təşkil edib ki, bunun da 40 mini dövlət, 56,2 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2019-cu ilin yanvar-iyun aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 449 manatı ötüb. 2004-cü ildə bu göstərici 68 manat səviyyəsində olub. Hazırda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği dövlət sektorunda 387,9, qeyri-dövlət sektorunda isə 493,1 manat təşkil edir. Bir işçiyə hesablanmış ən yüksək orta aylıq əməkhaqqı göstəricisi maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və icbari sosial təminat, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınıb.




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və obyekt dağılıb
30.09.2020
Ağır itkilər verən düşmən ölü və yaralıların evakuasiyasını təşkil etməkdə acizdir
26.09.2020
Azərbaycanda 108 nəfər koronavirusa yoluxdu, 131 nəfər sağaldı, 2 nəfər vəfat etdi
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
2 Xalqımızın halal haqqı
3 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
4 “Qara dul qadın” filminin premyerası təxirə salınıb
5 MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info