“Ermənistan hakimiyyətində təmsil olunanların 90 faizini xalq tanımır”
Tarix: 28.08.2019 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


«Son üç ayda Ermənistan hakimiyyəti sabitlik qaynağını itirmək xətti üzrə getməkdədir. Əslində, qarşıdakı aylarda ölkədəki qeyri-sabit idarəetmənin nə ilə sonuclanacağı bəlli olmasa da, reallıq budur ki, ölkəni bu hala gətirən Paşinyanın yürütdüyü yarıtmaz idarəçilikdir». «Daxili sabitliyin pozulmasını necə önləmək olar?» adlı məqaləsi ilə gündəminə gələn erməni siyasətçi Vaqe Ovannisyan ölkəsinin təhlükəli bir mərhələyə girmək ərəfəsində olduğu barədə xəbərdarlıq edir. Bununla yanaşı, o, siyasi səriştəli erməniləri təcili olaraq həll axtarışlarına qoşulmağa çağırır.
Maraqlıdır ki, Ovannisyan «Ermənistanda növbəti hakimiyyəti kim yaradacaq?», «Ölkədə daxili sabitliyin pozulmasının qarşısını necə almaq olar?» kimi bir-biri ilə bağlı olan suallara cavab tapmaq üçün bütün ermənilərə birlikdə çalışmağı təklif edir. Erməni siyasətçinin fikrincə, ölkənin şüurlu təbəqələri üçün bu gün Ermənistanda baş verənlər qorxulu bir filmə bənzəyir. Bununla belə, artıq son zamanlar bu filmin tamamlanmasına dair gözləntilər də artmaqdadır. Ancaq bu filmin bitməsindən sonra ölkədə daha təhlükəli və dəhşətli bir filmin başlamayacağına hələ ki, heç bir zəmanət olmasa da ehtimallar var. Özü də bu ehtimallar çox böyükdür.

“Ölkəni bu hala gətirən Paşinyanın yürütdüyü yarıtmaz idarəçilikdir”

Ermənistanda yaşanan son bir ildəki hadisələrə diqqət çəkən Ovannisyan ölkənin hələ də şok hadisələr məntiqində yaşadığını bildirir. Siyasətçiyə görə, ötən ilin mayından bəri, təkcə ölkə həyatında deyil, həm də insanların əhval-ruhiyyəsində dəyişən hadisələr baş verməkdədir. Əslində, erməni xalqı bunun yaxşılığa doğru istiqamət alacağını düşünsə də sonrakı hadisələr bunun əksini göstərdi. Belə ki, İcevan hadisələri zamanı xalqın ümid bəslədiyi hakmiyyətin sadə insanlara qarşı tətbiq etdiyi zorakılıq, «demokrat Nikolun» demokratiyasını ortaya qoydu. Məhz İcevan hadisələrindən sonra xalqın Paşinyana olan ümidlərində çatlar əmələ gəlməyə başladı. Ovannisyan «Qolos Armenii» saytına danışarkən Ermənitandakı son yaşantılar fövqündə bu gün ölkənin çox mürəkkəb bir vəziyyətdə olduğunu bildirir. Onun fikrincə, hazırkı hakimiyyət ölkənin qeyri-sabitliyinə doğru istiqamət alsa da, hazırkı cəmiyyət mövcud sistemin sürətli şəkildə dağılmasına hələ ki, hazır deyil: «Ölkəmizdə mövcud stress testinin nəticələri məlum olmadığı kimi, bu və ya digər zərbəyə müqavimət mənbəyinin nədən ibarət oldacağı da məlum deyil. Hazırda biz naməlum adamlardan ibarət parlament çoxluğundan və bir şəxsə söykənən hakimiyyətə sahibik. Bu gün Ermənistan hakimiyyətində təmsil olunanların 90 faizini xalq tanımır. Halbuki hakimiyyət xaricində savadlı, təcrübəli insanlar olsa da onların xidmətindən istifadə edilmir. Əksinə, tam formalaşmamış düşüncə sahibi olan insanların xidmətindən yararlanırıq».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info