Aya qadın kosmonavt göndəriləcək
Tarix: 28.08.2019 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


ABŞ Kosmik Agentliyi (NASA) 2024-cü ildə Ayın cənub qütbünün yaxınlığına biri qadın olmaqla iki astronavt göndərmək niyyətindədir. Bu barədə agentlik rəhbəri Cim Braydenstayn bildirib.
“Hightech” yazır ki, onun sözlərinə görə, gələcəkdə qadınlar kosmosun mənimsənilməsində əsas rol oynayacaqlar. O, həmçinin Marsa göndəriləcək ilk kosmonavtın qadın olacağını istisna etməyib. “Biz bu məqsədə yaxınıq, çünki növbəti ilin martında tarixdə ilk dəfə qadın astronavtlar qrupu açıq kosmosa çıxacaq”, - o vurğulayıb. Kosmosa çıxışın Beynəlxalq Kosmik Stansiya göyərtəsindən həyata keçiriləcəyi bildirilir. Bir müddət əvvəl bu ideya ABŞ hökuməti tərəfindən də dəstəklənib. Ölkənin vitse-prezidenti Mayk Pensin sözlərinə görə, astronavtlar bazanın yaradılması üçün Ayda uzun müddət qalacaqlar. Siyasətçi Ayda toplanan təcrübənin gələcəkdə astronavtların Marsa göndərilməsinə kömək edəcəyinə əmindir. Bununla yanaşı, Prezident Donald Tramp Administrasiyası 2024-cü ildə Aya enməni və Yer peykinin səthində infrastrukturun yaradılmasını nəzərdə tutan “Artemis” proqramına dəstək nümayiş etdirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
70 minlik saatı oğurlandı
20.09.2019
İlan onunla şou göstərən oğlanı sancdı
20.09.2019
Messi geyim brendini yaratdı
20.09.2019
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib
20.09.2019
Brama, Orpinqton, Malin... Bu növ toyuqların Bakıda qiyməti 400 manata qədərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info