Eldar Namazov ABŞ səfirliyinə niyə hesabat verir?
Tarix: 26.08.2013 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


»

Qondarma “Milli şura”nın icra aparatının rəhbəri Eldar Namazov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili, səfirin səlahiyyətlərini icra edən Derik Hobanla səfirlikdə görüşüb. “Milli şura”nın mətbuat xidmətinin xəbərinə görə, görüşdə “şura”nın son sessiyasının qərarları, ölkədə seçki öncəsi durum və ictimai-siyasi proseslər müzakirə olunub. Bu, necə “milli şura”dır, bu, necə siyasi “qüvvədir”, bu necə müxalifətdir ki, keçirdiyi hər iclasdan sonra xarici ölkənin nümayəndəsinə hesabat verir? Heç bir normal siyasi qüvvə, xüsusilə də hakimiyyət uğrunda mübarizə aparan şəxs və şəxslər özlərinə rəva bilib xarici ölkə səfirliklərini dolaşmaz. Dünyanın heç bir ölkəsində belə hal baş verə bilməz, versə, həmin şəxs və ya siyasi qüvvəni mətbuat ifşa edər, cəmiyyət siyasi arenadan silər. Hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvə təmsilçilərinin səfirlikləri dolaşması, onlardan təlimat alması və bunu gizli deyil, açıq şəkildə etməsi ancaq Azərbaycan müxalifətinə yaraşan haldır. ABŞ və ya başqa bir ölkənin səfirliyindən təlimat alaraq hakimiyyətə gəlmək istəyən “qüvvəyə” siyasi arenada yer yoxdur. Axı təlimatla hakimiyyətə gələn qüvvə, təbii ki, ölkənin milli maraqlarını yox, təlimat aldığı ölkənin maraqlarını əsas tutacaq. Hər sessiyadan sonra xarici diplomatların yanına qaçmaq, onlara hesabat verməyi özünə yaraşdıran siyasətçilərə bu mübarizədə yer olmamalıdır. “Şura”da toplaşan şəxslər bunu özlərinə necə yaraşdırırlar ki, rəhbər seçdikləri şəxs və ya şəxslər qapı-qapı səfirlikləri dolaşır, yardım istəyir, təlimat alırlar. Axı belə siyasi mübarizə olmur. Əslində ölkənin təhlükəsizlik orqanlarının bunu araşdırması lazımdır ki, özlərini müxalifət adlandıran şəxslər xarici ölkə səfirliklərində nə sülənirlər? Nəzərə almaq lazımdır ki, səfirliklərdən təlimat alan Eldar Namazovun müavini olmuş şəxs bu günlərdə şok açıqlama verərək Namazov-Əli Kərimli cütlüyünün ölkədə iğtişaşlar hazırladığını qeyd etmişdi. Bu şəxslərin xaricdəki dairələr, xüsusilə erməni lobbisinin təsir dairəsində olan qüvvələrlə əlaqədə olduğunu nəzərə alsaq, iddiaları ciddi qəbul etmək lazımdır. Nə qədər zavalı şəxslərdir ki, Azərbaycanı satmaq üçün hər şeyə hazırdırlar. Utanmadan, qızarmadan səfirlikləri dolaşıb hesabat verib, təlimat alırlar. Bu şəxslər ifşa olunmalı, cəmiyyət onlara qarşı öz münasibətini ortaya qoymalıdır.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info