Yaponiyanın OYO - SHİNYEİ şirkətinin nümayəndə heyəti AMEA-da olub
Tarix: 26.08.2013 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında Yaponiyanın OYO - SHİNYEİ şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli OYO - SHİNYEİ şirkətinin prezidenti Toru Kajvara, OYO - SHİNYEİ şirkətinin vitse-prezidenti Joji Harada, şirkətin meneceri Xəqani Məlikov və əməkdaşları Akiko Takase, Sumiko Ogo iştirak ediblər. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda Seysmoloji Xidmətin yaranma tarixi, keçdiyi mərhələlər barəsində qonaqlara ətraflı məlumat verib. AMEA-nın vitse-prezidenti Seysmoloji Xidmətinin bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi inkişaf mərhələsində olduğunu qeyd edib: “Azərbaycan seysmologiyası bu gün quruculuq və inkişaf mərhələsindədir. Azərbaycanda seysmik stansiyaların yeni və ən müasir avadanlıqlarla təmin edilməsi üçün mühüm addımlar atılıb. Yaponiya zəlzələlərin tez-tez baş verdiyi ölkədir. Həm də Yaponiyanın zəlzələlərin öyrənilməsi sahəsində böyük təcrübəsi var. Bu təcrübənin öyrənilməsi baxımından bu sahədə hər iki ölkənin müvafiq təşkilatları arasında əməkdaşlıq vacibdir. Hesab edirəm ki, bu əməkdaşlıq həm Azərbaycan, həm də Yaponiya üçün faydalı olar". Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Azərbaycanın bütün ərazisində seysmoloji tədqiqatlar aparıldığını qeyd edən akademik İ.Həbibbəyli həmçinin respublikamızın ayrılmaz hissəsi olan və bu gün erməni təcavüzünə görə blokada şəraitində yaşayan Naxçıvanda RSXM-in dörd seysmik stansiyasının fəaliyyət göstərdiyini qeyd edib. O, həmçinin bildirib ki, bu il AME-nın doktorantura pilləsində bir yer Naxçıvan üçün ayrılıb. Görüşdə yeni kadrların hazırlanması baxımından təhsil sahəsində də əməkdaşlığın zəruriliyi də önə çəkilib. OYO- SHİNYEİ şirkətinin prezidenti Toru Kajvara isə bildirib ki, Bakıya ikinci dəfə səfər edir və burda çox böyük inkişaf görüb: “Bir il əvvəl Azərbaycana gələnə qədər mən inanmazdım ki, Azərbaycanda seysmologiya bu qədər inkişaf edib. Ötən il səfərim zamanı Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində oldum. Burada demək olar ki, hər şey Yaponiya ilə eyni səviyyədədir. İstər istifadə olunan seysmik cihazlar və avadanlıqlar, istərsə də tədqiqatların səviyyəsi". OYO - SHİNYEİ şirkətinin prezidenti bildirib ki, Yaponiya zəlzələlərin daim baş verdiyi ərazidə yerləşdiyinə görə burada zəlzələlərin öyrənilməsi ilə yanaşı, əhalinin maarifləndirilməsi, yüksəkmərtəbəli binaların zəlzələlərə davamlılığı öyrənilir. Həmçinin maarifləndirmə işi xüsusi təhsil mərkəzləri vasitəsi ilə həyata keçirilir. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya -minerologiya elmlər doktoru Q.Yetirmişli isə Azərbaycan seysmologiyasının inkişafına hər zaman dövlət başçısı tərəfindən diqqət göstərildiyini vurğulayıb: “Bu gün Respublika Seysmoloji Xidmət Mərkəzinin quruda 35 telemetrik seysmik stansiyası fəaliyyət göstərir. Bundan başqa 3 seysmik stansiyanın dənizin dibində quraşdırılacaq. Mərkəz tərəfindən 24 GPS stansiyalar quraşdırılıb. 1 GPS stansiyanın isə saatlə rayonunda yerləşən dərinliyi 8000 m olan quyu üzərində yerləşdirilməsi nəzərdə ttutulur. Çünki biz bu stansiya vasitəsi ilə yerin dərin qatlarında gedən prosesləri müşahidə edə bilərik. Həmçinin mərkəzdə geofiziki və geokimyəvi tədqiqatlar da aparılır". RSXM tərəfindən seysmoloji tədqiqatların kompleks şəkildə aparıldığını bildirən baş direktor Azərbaycan və Yaponiyanın OYO şirkəti arasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Görüşdə tərəflər arasında əlaqələrin genişləndirilməsi üçün anlaşma protokolounun imzalanması barədə ilkin razılıq əldə edilib. Sonda akademik İ.Həbibbəyli qonaqlara Ümummilli lider H.Əliyevə həsr olunmuş kitab hədiyyə edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info