Şabran rayonunda maddi mədəniyyət nümunələri aşkar olunub
Tarix: 29.08.2019 | Saat: 10:54:00 | E-mail | Çapa göndər



Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun rəhbərlik etdiyi Şabran arxeoloji ekspedisiyası rayon ərazisində yerləşən, eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar aparıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, I Çaqqallıqtəpə abidəsində davam etdirilən tədqiqatlar zamanı yeni tapıntılar aşkar olunub. Bunlardan üstü yüngül konstruksiya ilə örtülmüş dairəvi evləri göstərmək olar. Bu evlərin içində erkən Tunc dövrünə aid manqal aşkarlanıb ki, bu tip manqallara Kür-Araz mədəniyyətinin yayıldığı bütün ərazilərdə rast gəlinir.
Bundan başqa, qazıntı sahəsinin qərb hissəsində divarları çay daşları ilə hörülmüş dairəvi ev qalığı, həmçinin üç ədəd təsərrüfat quyusu aşkar olunub.
Tədqiqat zamanı üzə çıxmış maddi mədəniyyət nümunələri sırasında çoxlu sayda əmək alətləri, dən və çaxmaq daşları, ox ucluqları, oraq dişləri və bir ədəd küpə tipli bütöv qab da var.
Qazıntı işləri zamanı ərazidən tapılan materialların əksəriyyəti keramika məmulatıdır ki, bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyətinin üstündə yarımşar formalı qulplar Kür-Araz mədəniyyətinin əsas atributu hesab olunur.
Eyni zamanda, qazıntılar zamanı çaxmaq daşından hazırlanmış ox ucluqları aşkarlanıb. Bu da eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində yerli əhalinin əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olduğunu sübut edir. Sümük bizlər, iynələr isə yaşayış məskənində toxuculuq mədəniyyətinin formalaşdığından xəbər verir.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14.09.2019
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info