“Azərxalça”nın İsmayıllı rayonunda daha bir filialı fəaliyyətə başlayıb
Tarix: 29.08.2019 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Dövlət başçısının 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılıb.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki, ötən ilin sonlarında İsmayıllıda "Azərxalça"nın yeni filial binasının tikintisinə başlanılıb və tikinti-quraşdırma işləri qısa müddət ərzində başa çatdırılıb. Artıq filial fəaliyyətə başlayıb.

Qeyd edək ki, respublikamızın bölgələrində xalça istehsalı emalatxanalarının yaradılmasına paralel olaraq, kadr hazırlığına da ciddi diqqət yetirilir. Toxucu kadrların hazırlanması üçün "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti filialların yaradıldığı şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil edir. Tədris-hazırlıq kurslarını bitirənlər sertifikat alaraq Cəmiyyətin filiallarında işlə təmin edilirlər. İsmayıllıda yaradılan yeni xalça istehsalı emalatxanası üçün də tədris-hazırlıq kursu təşkil olunub. Kursa 150 nəfərdən çox toxucu cəlb edilib. İlkin mərhələdə onlardan 50 nəfəri işə götürülüb.

Filialın direktoru Dilşad Hüseynova deyir ki, İsmayıllı Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Şirvan bölgəsində xalçaçılıq sənəti tarixən inkişaf edib. Zəngin boyaq bitkiləri Şirvanda xalçaçılığın inkişafına müsbət təsir göstərib. Şirvanda toxunan xalçalar orijinal bədii tərtibatı, rəng seçimi ilə yadda qalıb. İsmayıllıda fəaliyyətə başlayan bu filialda fəaliyyət göstərən toxucular bu ənənələri davam etdirəcək, unudulmaqda olan qədim çeşnilərimizi toxuyaraq xalçaçılığın yaşadılmasına öz töhfələrini verəcəklər.
Filialda işləyən toxucuların əksəriyyəti İsmayıllı şəhərinin və Qalacıq kəndinin sakinləridir.
Toxucu Çiçək Paşayeva onlar üçün yaradılan şəraitdən razılıqla danışır: “Bizim rayonumuzda iki xalça istehsalı emalatxanasının yaradılması dövlət başçısının İsmayıllı toxucularına göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. Toxucular üçün burada yüksək iş şəraiti yaradılıb. Biz işıqlı emalatxana binasında çalışır, qədim sənətimiz olan xalçaçılığı yaşadırıq. Bizə göstərdiyi qayğıya görə ölkə başçısına dərin minnətdarlığımızı bildiririk”.
Yüksək keyfiyyətlə inşa olunan filial binasında emalatxana, yeməkxana, tibb otağı, konfrans zalı, inzibati otaqlar işçilərin istifadəsinə verilib. Burada qonaq otağı da yaradılıb.
Binada təhlükəsizlik tədbirlərinin də ən müasir tələblər səviyyəsində həyata keçirilməsi nəzərə alınıb, videonəzarət sistemi quraşdırılıb.
Binanın həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Xatırladaq ki, İsmayıllı rayonunda “Azərxalça”nın ilk filialı 2017-ci ildə fəaliyyətə başlayıb.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14.09.2019
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info