Fuad Əliyev: “Cəmil Həsənli əslində İbrahimbəyovdan da uğursuz namizəddir”
Tarix: 26.08.2013 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Son günlər “milli şura”da cərəyan edən proseslər müxalifətin uçuruma doğru yuvarlanmasından xəbər verir. Bu azmış kimi EL Hərəkatının ardıcıl olaraq üç rayon təşkilatının bəyanat yayıb hərəkatı tərk etməsi radikalları çətin durumda qoyub. “Milli şura”nın aparıcı fiqurlarından olan eks-spiker Rəsul Quliyevin yeni namizəd Cəmil Həsənlinin oktyabrda öz namizədliyindən geri çəkiləcəyi haqda fikirlər səsləndirməsi isə sözün həqiqi mənasında, müxalifətin çaşqınlıq və böhran içində olmasını bir daha təsdiqlədi.
“Palitra”ya açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev müxalifət adına hərəkət edən bu radikal qüvvələrin son addımlarının cəmiyyətdə etirazla qarşılandığını söylədi. O, “milli şura”nın tezliklə dağılacağını dedi: “Seçki kampaniyasına start verildiyi üçün biz də seçki hazırlıqları ilə məşğuluq. Bu səbəbdən də “milli şura”da gedən proseslərlə yaxından maraqlanmıram. Orada baş verən olaylar partiyamızı ilgiləndirmir. Amma istər-istəməz bəzi hallarda olaylara münasibət bildirmək məcburiyyətində qalırıq. Necə ki Rüstəm İbrahimbəyov namizədlik üçün uğursuz seçilmişdi, Cəmil Həsənliyə də üstünlüyün verilməsi uğursuz addım oldu. Cəmil Həsənli əslində İbrahimbəyovdan da uğursuz namizəd sayılmalıdır. Hesab edirəm ki, “milli şura” artıq öz “missiya”sını yerinə yetirib. Yəni, bu qurum İsa Qəmbərin seçkidə iştirak etməsinin qarşısını almaq üçün yaranmışdı. Bu missiya da demək olar ki, yekunlaşmaq üzrədir. Artıq Müsavat Partiyası Cəmil Həsənlinin seçki qərargahını yaradıb onun ardıyla gedir. Amma inanmıram ki, bu qurum seçki günündə uğur qazana. Onlar artıq öz elektoratlarını itiriblər”.
ALDP sədri deyir ki, radikal müxalifətin anormal addımları da onlara qarşı şübhələrin yaranmasına yol açır. O, qurumda son zamanlar gözlənilməz qərarların verilməsi və mitinq qərarının ortaya çıxmasını anormal addım saydı: “Vaxtilə biz bu radikal müxalifətə müraciət etmişdik ki, gəlin mitinqlərə başlayaq və qanunla icazə verilən yerdə-20-ci sahədə toplaşıb aksiya keçirək. Amma biz bunu söyləyəndə neqativ cavab eşidirdik ki, guya biz hakimiyyətə sərf edən təkliflər edirik, mitinq yalnız şəhərin mərkəzində keçirilməlidir və s. Amma baxın, seçkilərə artıq start verilib, amma bu liderlər bir həftə öncə həmin bəyənmədikləri 20-ci sahədə çox uğursuz bir aksiya keçirdilər. Orada hər kəs gördü ki, mitinqdə nə qədər adam iştirak etdi. Seçki dövründə “milli şura”ya daxil olan partiyaların sayına görə mitinqdə iştirak edən insanların sayı çox az idi. Bu, nəyin göstəricisi oldu? Artıq vətəndaşlar, seçicilər onlara inanmırlar”.
Fuad Əliyev Cəmil Həsənlinin namizədliyi haqqında da müsbət rəy verməyin yersiz olduğunu söylədi: “Cəmil Həsənlinin namizədliyə razılıq verməsi səhv addım oldu. Ola bilər ki, kiminsə Cəmil Həsənlinin okyabrda namizədliyindən geri çəkiləcəyi barədə məlumatı var. Hər halda onun seçkilərdə “milli şura”nın namizədi kimi iştirakı onsuz da bir əhəmiyyət kəsb etmir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info