Bu il 170 lerikli məzun tələbə adını qazanıb
Tarix: 31.08.2019 | Saat: 19:02:00 | E-mail | Çapa göndər



Lerik rayonunda ümumtəhsil tam orta məktəblərini bitirərək ölkəmizin ali təhsil müəssisələrinə qəbul olunan məzunların sayı ildən-ilə artır. 2016-cı ildə 118, 2017-ci ildə 135, 2018-ci ildə 157, bu il isə 170 məzun ali məktəblərə qəbul olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Lerik Rayon İcra Hakimiyyətində cari ildə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərlə keçirilən görüşdə məlumat verilib.
Görüşdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tələbə adını qazanmış məzunları, müəllimləri və valideynləri təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. O, gənclərin ali təhsil alaraq bilikli və bacarıqlı kadr kimi müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə görülən işlərə layiqli töhfə verəcəklərinə əminliyini bildirib.
Diqqətə çatdırılıb ki, bu il ölkəmizin ali məktəblərinə qəbul olmuş lerikli məzunların 5 nəfəri 600 və 600-dən yuxarı bal toplayıb.
Rayonun Züvüc kənd tam orta məktəbinin məzunu Zaur Səmədli yüksək təhsil göstəricilərinə görə Təhsil nazirinin müvafiq əmrinə əsasən qızıl medalla təltif olunub. O, Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunub.
Azərbaycan Tibb Universitetinə qəbul olunan Nərmin Həşimbəyli yuxarı sinif şagirdləri üçün Azərbaycanın müxtəlif bölgələrinə təşkil olunan “Ölkəmizi tanıyaq” aksiyasında, eləcə də fənn olimpiadalarında fəal iştirak edib.
Görüşdə çıxış edən Lerik şəhər 3 nömrəli tam orta məktəbinin məzunu, 612 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Nərmin Həşimbəyli, Lərmərud kənd tam orta məktəbinin məzunu, 653 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuş Rəvan Məmmədov, Lüləkəran kənd tam orta məktəbinin məzunu, 521 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuş Əli Əlizadə, valideynlərdən Abbasqulu Səmədov, Abdul Abdullayev və başqaları məzunları tələbə adı almaları münasibətilə təbrik edərək ölkəmizdə təhsilin inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlara qiymətli hədiyyələr təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14.09.2019
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info