Almanlar pullarına necə qənaət edirlər?
Tarix: 01.09.2019 | Saat: 10:24:00 | E-mail | Çapa göndər



Bu günlərdə Düsseldorf aeroportunda sərnişinlərin təyyarədən düşməsi zonasında nömrələrin yeni avtomatik skanlanması sistemi tətbiq edilib. Sərnişinləri yola salan avtomobillər burada 10 dəqiqəyə qədər pulsuz dayana bilər, sonrakı 5 dəqiqə üçün 5 avro, daha sonra hər bir 5 dəqiqə üçün 3 avro ödəmək lazım gəlir. Ən sərfəli variant maşını qısamüddətli parklayıb bir saat üçün 9 avro ödəməkdir.

AZƏRTAC xəbər verir ki, sərnişinləri qarşılayan avtomobillərin pulsuz dayanması üçün vaxt cəmi 2 dəqiqədir. Girişdə limit vaxtından kənara çıxmayanda nömrə nişanı skanlanan kimi turniketlər avtomatik açılır. Bu da nəzarət məntəqələrində vaxta qənaət etməyə və maşınların toplanmasının qarşısını almağa kömək edir.
Köln və Bonn aeroportları da bu ilin yazında sərnişinlərin təyyarəyə minməsi və təyyarədən düşməsi zonaları üçün qaydaları dəyişərək giriş yerlərində turniketlər quraşdırıblar. Burada minmə və düşmə üçün pulsuz vaxt 10 dəqiqədir. Sonrakı 15 dəqiqənin qiyməti 5 avrodur. Pulsuz limit vaxtının yarım saat aşılması 12 avroya başa gəlir ki, bu da hər kəsin cibinə görə deyil.
Bəs yeni qaydalardan xoşlanmayan almanlar belə hallarda necə hərəkət edirlər? Bəzən onlar reyslərin gəlməsini avtobanın aeroporta gedən ehtiyat zolağında gözləyirlər. Amma polis onları qovur, çünki həmin zolaqda dayanmaq olmaz. Sərnişinləri qarşılayanlar vəziyyətdən çıxış yolunu tapıblar. İndi onlar təyyarənin gəlməsini və sərnişinin aeroport binasından çıxmasını yaxınlıqdakı qoruq zonalarda istirahət edənlər üçün nəzərdə tutulmuş dayanacaqlarda gözləyirlər. Əslində, Köln aeroportu Van çöllüyünün ortasında yerləşir. Buradakı dayanacaqlarda dayanmaq isə qadağan deyil.
Budapeşt aeroportunda qarşılayanlar bəzən oxşar vasitədən istifadə edirlər: onlar maşını yaxınlıqdakı yanacaqdoldurma stansiyasında parklayıb, aeroport binasından çıxan sərnişinin onlara zəng etməsini gözləyirlər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
70 minlik saatı oğurlandı
20.09.2019
İlan onunla şou göstərən oğlanı sancdı
20.09.2019
Messi geyim brendini yaratdı
20.09.2019
“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim edib
20.09.2019
Brama, Orpinqton, Malin... Bu növ toyuqların Bakıda qiyməti 400 manata qədərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info