Mənfi emosiyalar hansı xəstəliklərə səbəb olur?
Tarix: 01.09.2019 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Psixoloq yazır

Psixosomatik xəstəliklər - yaranmasında ruhi faktorların əhəmiyyətli rol oynadığı müəyyən bəzi somatik xəstəliklərdir.
Qədim dövrlərdən bəri ruh-bədən bütövlüyünü müdafiə edən həkimlər və ya filosoflar olmuşdur (Hipokrat, Əflatun, Aristotel, Galen, İbn Sina). Duyğuların somatik reaksiyalar meydana gətirdiyini göstərən xalq deyimləri vardır: utancdan üz qızarması, hirsdən başın ağrıması, kədərdən iştah kəsilməsi, xülyadan yuxu qaçması kimi. Bəzi somatik pozuntuların ruhi üsullarla (təlqin, hipnoz) yaxşılaşdığı ən azından keçən əsrdən bəri bilinməkdədir.

Psixosomatik xəstəliklər və pozulmalar arasında:
1. Tənəffüs sistemi ilə əlaqəli olanlar: allergik rinit (saman soyuqdəyməsi), bronxial astma, hiperventilyasiya (tez-tez nəfəs alma).
2. Qan dövranı ilə əlaqəli olanlar: hipertenziya (qan təzyiqi yüksəkliyi), hipotenziya (qan təzyiqi aşağılığı), tac (ürəyi bəsləyən) damar xəstəliyi, miqren.
3. Həzm sistemi ilə əlaqədar olanlar: mədə və on iki barmaq bağırsağı xorası, qalın bağırsaq iltihabı, əsəbdən dolayı qusmalar, əsəbdən dolayı qəbizlik, qıcıqlanmış bağırsaq sindromu, enkoprez (nəcis qaçırma).
4. Metabolik-endokrin sistem ilə əlaqədar olanlar: şəkərli diabet xəstəliyi, qalxanvari vəzi xəstəlikləri, həddindən artıq köklük, qidalanma pozuntuları (anoreksiya və bulimiya).
5. Urogenital sistemlə əlaqədar olanlar: adət nizamsızlıqları, cinsi funksiya pozuntuları, yalançı hamiləlik, enurez (sidik qaçırma ), sonsuzluq.
6. Əzələ-skelet sistemi ilə əlaqəsi olanlar: oynaq ağrıları, revmotoid artrit.
7. Dəri ilə əlaqədar olanlar: ekzema, qaşınma, psoriaz.
Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
17.02.2020
Səhiyyə Nazirliyi və İTSDA Türkiyədə karantindən qayıdan tələbələrin durumu ilə bağlı məlumat yayıb
15.02.2020
Reyman İsmayılzadə: Leykoz sağalan xəstəlikdir
14.02.2020
Uşaqlarda yaddaşı gücləndirməyin yolları
14.02.2020
Yeməkdən sonra mütləq pendir yeyin. Çox faydalıdır!
13.02.2020
“Körpəlikdə istifadə edilən bezin sonsuzluq yaratması mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 “Dövlət dəstəyi sahibkarlığın inkişafında önəmli rol oynayır”
2 “İspaniya mediasında tez-tez Azərbaycan haqqında məlumat verilməsi bizə qürur verir”
3 “Paşinyan dövləti idarə etmək iqtidarında deyil”
4 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
5 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info