Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hekayə müsabiqəsi elan edib
Tarix: 02.09.2019 | Saat: 13:04:00 | E-mail | Çapa göndər


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə vətənpərvərlik mövzusunda hekayə müsabiqəsi elan edilir.

Müsabiqənin şərtləri:

1. Təqdim olunan hekayələrin mövzusu hərbi vətənpərvərlik ideyasının təbliği, gənclər arasında hərbi xidmətə çağırış ruhunun yüksəldilməsi və cəmiyyətdə səfərbərlik hazırlığının aşılanması istiqamətində olmalıdır;
2. Hər bir iştirakçı müsabiqəyə 1 hekayə təqdim edə bilər;
3. Hekayənin həcmi 10000 (on min) işarəyədək (probellə) olmalıdır;
4. Müsabiqəyə təqdim olunmuş hekayə yeni əsər olmalı, əvvəllər heç bir yerdə çap edilməməlidir;
5. Müsabiqəyə təqdim olunan hekayələr təbliğat, maarifləndirmə məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər;
6. Müsabiqə üçün hekayələr 2019-cu ilin sentyabr ayının 2-dən 2019-cu ilin dekabr ayının 15-dək elektron formada info@seferberlik.gov.az ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, yaşadığı ünvan, iş yeri) və əlaqə nömrələrini göstərməsi zəruridir;
7. Müsabiqədə 29 yaşadək gənclər iştirak edə bilər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası.
Əlaqə telefonu: 493-06-52.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Vilayət Eyvazov: Ölkə üzrə cinayətlərin sayı azalıb
16.09.2019
“Azərbaycanın Dostları“ adlı sosial şəbəkə istifadəyə verilib
16.09.2019
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16.09.2019
Azərbaycanlı həkimlərin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub
16.09.2019
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info