Kiçik və Orta Biznesin İnkişafı Agentliyində könüllülər üçün kitabxana yaradılıb
Tarix: 02.09.2019 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllülər üçün kitabxana yaradılıb. KOBİA-dan bildirilib ki, agentlikdə fəaliyyət göstərən “KOB könüllüləri”nin bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılması məqsədilə təşkil olunmuş “Könüllü kitabxana”sına qurumun əməkdaşları tərəfindən iqtisadiyyat, sahibkarlıq, idarəetmə və digər sahələrə dair müxtəlif kitablar təqdim olunub. Sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviqi, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, fərdi inkişafı, gənclərə peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması məqsədilə Agentlikdə “KOB Könüllüləri Proqramı” həyata keçirilir. Hazırda 40-a yaxın gənc Agentlikdə və ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsində könüllü olaraq fəaliyyət göstərir. Ümumilikdə, indiyədək 50-dən çox gənc “KOB Könüllüləri Proqramı” çərçivəsində Agentlikdə və “KOB Dostu” şəbəkəsində könüllü fəaliyyətinə cəlb olunub. KOBİA-da könüllü fəaliyyətini uğurla başa vuran gənclər müvafiq təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Məhkəmə XİN-in sabiq idarə rəisi barəsində qərar verdi
22.09.2020
Yaxın zamanda zəfər sevinci duyacağımıza ümid edirik
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO
4 Ətli dovğa
5 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info