Quranın tərcüməçisi İman Valeriya Poroxova 79 yaşında vəfat edib
Tarix: 03.09.2019 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Moskvada Quranın tərcüməçisi milliyyətcə rus olan İman Valeriya Poroxova vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə rusiyalı din və siyasi xadim Əli Vyaçeslav Polosin sosial şəbəkədə məlumat yayıb: “İman Valeriya Poroxova bizi tərk etdi... O, rus zadəganlarındandır. Valideynləri Stalin rejimi tərəfindən repressiyanın qurbanı olub. Çətin bir həyat yolu keçib və İslama gəldi. O, yalnız Quranı rus dilinə tərcümə etmədi, eyni zamanda Quranın gözəlliyini, İslamın gözəlliyini göstərdi, cəmiyyətdə unudulmuş yaxşılıq və humanizm normalarının Quranda təcəsüm olunduğunu göstərdi".
Qeyd edək ki, İman Valeria Poroxova rusiyalı peşəkar sinxron tərcüməçi, müsəlman ictimai xadimi idi. O həm də Quranın rus dilinə semantik tərcüməsinin müəllifi kimi də tanınır. Bu günə qədər tərcümə etdiyi Quran 12 dəfə nəşr edilib.
Sabah (3 sentyabr) günorta namazından sonra Moskvanın Mira prospektində yerləşən Katedral Məscidində Poroxova ilə vidalaşma mərasimi olacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Antalyada rusiyalı turistləri daşıyan avtobus aşıb
21.09.2019
ABŞ-da gecə klubunda açılan atəş nəticəsində iki nəfər ölüb
21.09.2019
Nazirlik Şəmkirdə baş verən ağır qəza ilə bağlı məlumat yayıb
21.09.2019
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
21.09.2019
Dövlət sərhədlərindən narkotik vasitələrin keçirilməsi cəhdlərinin qarşısı uğurla alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info