“Gənclərin xaricdə təhsil alması Azərbaycanın gələcəyi üçün böyük perspektiv yaradacaq”
Tarix: 26.08.2013 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


Mövlud Turan: “Xaricdəki gənclərimizin şəbəkələşməsi üçün yeni hərəkat formalaşdırmaq istəyirik”

Bu gün minlərlə gəncimiz dünyanın müxtəlif ölkələrində ali təhsil alır. Bu gənclərimiz ölkəmizin gələcəyi üçün hazırlanan intellektul bazasıdır. Bu həm də gələcəkdə öz vətəndaşlarımız vasitəsilə xarici təcrübənin ölkəmizdə tətbiqi deməkdir. Məhz buna görə də xaricdə təhsil almaq üçün gedən gənclərimizdə Vətənə, dövlətə sevgi qat-qat güclü olmalıdır. Çünki onlar xaricdə əsl vətənpərvər gənc kimi Azərbaycanı təmsil etməlidirlər.

Azərbaycana necə bağlı olduqlarını isə təhsillərini bitirib Vətənə döndükdən sonra göstərməlidirlər. Müsahibimiz Mövlud Turan da xaricdə təhsilini başa vurub Vətənə gəlməyi səbirsizliklə gözləyən gənclərimizdən biridir. Qeyd edək ki, M.Turan Ağcabədi rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 2008-ci ildə Rusiyanın Ufa şəhərində Hüquq akademiyasına (VEGU) daxil olub və bu il oranı bitirib. Hazırda Moskvada Moskva İndustrial Universtetində hüquq üzrə təhsil alır.
- Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?
- Gənclərin xaricdə təhsil alması Azərbaycanın gələcəyi üçün böyük perspektiv və imkanlar yaradacaq. Yenilənən dünyada biz də modernləşəcək və inkişaf edəcəyik. Güclü lobbimiz yaranacaq, bu, ölkəmiz üçün çox vacibdir. Beləcə biz həqiqətlərimizi dünya ictimaiyyətinə daha asan şəkildə çatdıracağıq. Güclü lobbi qüdrətli ölkə deməkdir. Ən başlıcası bu, gənclərin Azərbaycana dönmələri üçün iş imkanlarının yaradılmasıdır.
- Rusiyadakı azərbaycanlı gənclər diaspor sahəsində aktivdirlərmi?
- Moskvada olan gənclərimiz bir az aktivlik göstərirlər, başqa şəhərlərdə isə irəliləyiş zəif gedir. Ufa da AMOB adlı diaspor təşkilatı fəaliyyətdə olub. Mikayıl Əliyev adlı soydaşımız yaratmışdı, amma o, sonra Bakıya getdi deyə, bu təşkilatın fəaliyyəti zəiflədi. Bir də burda zəif də olsa, Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir.
- Xaricdəki gənclərin daha da həmrəy olması üçün hansı addımları atırsınız?
- Xaricdəki gənclərimizin şəbəkələşməsi üçün yeni hərəkat formalaşdırmaq istəyirik. Yaradacağımız qurumun adı Yeni Nəfəs Hərəkatı olacaq. Xatırladım ki, Azərbaycanda “Yeni Nəfəs” adlı gənclər təşkilatı var. Çox güman ki, onlar hərəkatın gənclər qolu olacaq. Bu yeni yaranan hərəkatın 11 nəfər 25-35 yaş arası intellektual insanlardan ibarət rəhbərliyi olacaq. Fərqli tərəf odur ki, başlanğıcda 8 ölkədə təhsil alan gənclərdən ibarət nümayəndəlik olacaq. Siyasi və dini işlərə qarışmayacaq. Bu yaxınlarda Bakıda olarkən hərəkatın rəhbərliyi ilə görüşümüz oldu. Görüşdə hələ ki Avropanın 6 dövləti, Türkiyə və Rusiyanın müxtəlif şəhərləri, Kipr, Gürcüstan, Qazaxıstan, Qırğızıstanı əhatə edən bu gənclər şəbəkəsinin formalaşması ilə bağlı fikir mübadiləsi apardıq. Başladığımız işə qoşulan gənclərin, özəlliklə xaricdə təhsil alan tələbələrin sayı artır. Onu da deyim ki, tək mən deyil, bir çox dostlarımız artıq dəstəklərini ifadə ediblər. Yaradacağımız təşkilat gənclərimizə vətəndaş cəmiyyətinin fəal üzvü olmağı və azərbaycançılıq təbliğini aşılayacaq. Qeyd edim ki, bir sıra məqamlarla əlaqədar olaraq bu haqda ictimaiyyətə məlumat vermirdik. İndi açıqlamaq qərarına gəldik ki, şəbəkədə olmaq istəyən gənclər müraciət edə bilər. Hələ formalaşma, daha çox ölkəni əhatə edə biləcək şəbəkənin qurulması prosesi gedir. Hələ ki başqa heç nə deyə bilmərəm, inşallah, zaman göstərəcək. Onu da vurğulayım ki, hərəkatda qadınlar, ziyalılar və digər cins, yaş kateqoriyasına görə şuralar formalaşır. Hərəkatın Azərbaycan regionlarında nümayəndələri, o cümlədən müxtəlif regional departamentləri formalaşacaq. Bütün bu dediklərim istiqamətində bir neçə aydır fərdi danışıqlar başlayıb. Yekunlaşan kimi böyük qüvvə ilə təqdimat həyata keçiriləcək.
- Diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Türkiyə və Avropada bəzi diaspor fəaliyyətində olan insanlarla dostluğum var. İranda yaşayan soydaşlarımızla mütəmadi əlaqə saxlayıram.
- Vətənlə əlaqələriniz hansı formadadır?
- Mənim həyatımın şah damar mövzusu olan azərbaycançılıq sevgisi elə orta məktəb illərindən başlayır. 2-ci sinifdə oxuyarkən Azərbaycanın tarixi xəritələrini çəkərdim, 5-ci sinifdə bizə “Ata Yurdu” adlı dərslik tədris olundu, sevə-sevə oxuyardım o kitabı. Deməyim odur ki, Azərbaycan bizim qürur mənbəyimizdir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info