“İsa Qəmbər getdi ki, uğursuzluğu başqasının adına yazsın”
Tarix: 26.08.2013 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


Uzun müddətdir ki, ehtiyat, alternativ və s. ad qoyduğu namizədliyindən bərk-bərk yapışan Müsavat başqanı İsa Qəmbər nəhayət ki, bundan vaz keçərək seçkilərə namizəd kimi qatılmayacağıyla bağlı qərar verib. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Müsavat başqanının bu qərarına reaksiya verərək bununla bağlı maraqlı fikirlər səsləndirib.
O sosial şəbəkələrdə yazdığı fikirlərdə haqlı olaraq bu siyasi “oyun”un məntiqli nəticə ilə sonuçlandığını bildirib. Aydın Mirzəzadənin “Gedirlər ki, sonradan indiki durduqları yerə geri qayıtsınlar” başlıqlı yazısını oxuculara təqdim edirik: “Xəbər verildi ki, radikal müxalifət mövqeyində duran Müsavat Partiyasında toplantı keçirilib. Toplantıda bu ilki prezident seçkilərində namizədliyi əvvəl irəli sürülmüş partiya başqanı İsa Qəmbərin namizədliyi geri götürülüb.
Əslində getdi ki, builki uğursuzluğu və hazırsızılığı başqasının adına yazsınlar, sonradan isə geri qayıtsın. Geri qayıdacağı 2018-ci ilədək isə yenə də kimin ana müxalifət olduğu barədə sonsuz mübahisələr etmək mümkün olacaq. Hesab edirlər ki, qəzet səhifələrində ittihamları, əhəmiyyət kəsb etməyən çoxvariantlı siyasi gedişləri ilə ciddi siyasətlə məşğul olurlar”. Xatırladaq ki, Müsavat Divanının toplantısı olub. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, başqan İsa Qəmbər namizədliyini “milli şura”nın yeni vahid namizədi Cəmil Həsənlinin xeyrinə geri götürüb. Toplantıda İsa Qəmbər öz namizədliyini geri götürməyi Divana təklif edib. Divan təklifi müzakirə edərək partiya Məclisinin 4 yanvar tarixli qərarını qüvvədən düşmüş hesab edib. Partiyanın bütün strukturlarına, o cümlədən seçki qərargahına tapşırılıb ki, prezident seçkilərində C.Həsənlinin namizədliyi müdafiə olunsun.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info