Dindarlar Aşura mərasimlərinə siyasi elementlərin qatılmasının qarşısını almalıdırlar
Tarix: 03.09.2019 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


Dindarlar Aşura mərasimlərinə siyasi elementlərin qatılması cəhdlərinin qarşısını almalıdırlar.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komtəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda tədbirdə deyib.
Sədr müavini qeyd edib ki, Məhərrəmlik mərasimləri ilə bağlı məsələlərə qanunvericiliyin tələbləri əsasında yanaşılmalı, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına diqqət yetirilməlidir.
G.İsmayılov əlavə edib ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslam vəhdət və qardaşlıq dini kimi xarakterizə olunur. Dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. Bu baxımdan dindarlar dini mərasimlərin təşkilinə həssas yanaşmalı, Aşura mərasimlərinə siyasi elementlər qatılması, başqa ölkələrə xas keçirilməsi cəhdlərinin qarşısını almalıdırlar.
Komitə rəsmisinin sözlərinə görə, Aşura Vətənə, torpağa məhəbbət, dövlətə sədaqət ruhunda qurulan təbliğatlar, çağırışlarla müşayiət olunmalıdır. O, din xadimlərini zəncir vurmaq, baş yarmaq kimi xalqımızın mədəniyyətinə və dinimizə uyğun olmayan əməllərin əleyhinə təbliğat aparmağa səsləyib.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Vilayət Eyvazov: Ölkə üzrə cinayətlərin sayı azalıb
16.09.2019
“Azərbaycanın Dostları“ adlı sosial şəbəkə istifadəyə verilib
16.09.2019
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16.09.2019
Azərbaycanlı həkimlərin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub
16.09.2019
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info