“Cammu Kəşmir hazırda dünyanın ən böyük açıq hava həbsxanasıdır“
Tarix: 04.09.2019 | Saat: 00:31:00 | E-mail | Çapa göndər



Bunu Pakistanın nəzarətində olan Azad Kəşmirin baş naziri Raja Faruk Heydər Xan Anadolu Xəbər Agentliyinə verdiyi müsahibədə bildirdi.


Pakistanın nəzarətində olan Azad Kəşmirin baş naziri Raja Faruk Heydər Xan Hindistanın Cammu Kəşmirin xüsusi statusunu ləğv etməsindən sonra bölgənin "dünyanın ən böyük açıq hava həbsxanasına" çevrildiyini bildirdi.
Xan Anadolu Xəbər Agentliyinə verdiyi müsahibədə Cammu Kəşmirin xüsusi statusunun ləğvindən əvvəl də bölgədəki vəziyyətin ağır olduğunu qeyd edərək: "Lakin indi pisdən ən pisə doğru gedilir. Cammu Kəşmir hazırda dünyanın ən böyük açıq hava həbsxanasıdır" deyə danışdı.
Hindistanın Cammu Kəşmirin xüsusi statusunun ləğv etdikdən sonra başladığı küçəyə çıxma qadağası, telefon xətləri və internetin kəsilməsi kimi tədbirlər səbəbindən həyatın dayandığını söyləyən Xan: " 29 gündür dərman və ərzaq məhsulları ilə bağlı çətinliklər var. Məhdudiyyətlər səbəbindən Cammu Kəşmir sanki daş dövrünə qayıdıb" ifadələrini işlətdi.
Baş nazir son dövrdə Cammu Kəşmirdə 4 -6 min gəncin yaxalanıb Hindistan həbsxanalarına göndərildiyinə diqqət çəkdi, bu insanların yaxınlarının onlardan xəbər almadığını qeyd etdi.
"Kəşmirdə insan haqları ciddi şəkildə pozulur " deyən Xan bunu insanlığa qarşı cinayət kimi səciyyələndirdi.
Xan sərhədin Pakistana bağlı olan Azad Kəşmir bölgəsinin Hindistan tərəfindən mütəmadi olaraq bombalandığını bildirərək: "Hindistan snayperləri xüsusilə mülki vətəndaşları hədəf alırlar" dedi.
Beynəlxalq ictimaiyyətin Kəşmirdə baş verən qətliamın fərqində olduğunu vurğulayan baş nazir Xan prezident Rəcəb Tayyib Ərdoğana Kəşmir xalqına dəstəyinə görə təşəkkürlərini bildirdi.
Raja Faruk Heydər Xan beynəlxalq birlikdən dəstək gözlədiklərini ifadə etdi.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Türkiyə Özbəkistanı dəstəkləyir
15.09.2019
Türkiyə və dünya ölkələri “Saudi Aramco”ya olan hücumu qınayıblar
15.09.2019
“Sarı jiletlilər” nümayişlərin 44-cü həftəsində yenə hökumətə qarşı etiraza çıxdılar
15.09.2019
Dronların hücumu nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı yarıbayarı azalıb
15.09.2019
Türkiyədə millət vəkili axtarışa verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info