Ərdəbil Ticarət Palatasının sədri azərbaycanlı sahibkarları İrana dəvət edib
Tarix: 26.08.2013 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


Ötən həftə Bakıda səfərdə olan Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmüəzzinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) görüş keçirib.
Konfederasiyadan verilən məlumata görə, Azərbaycanda sahibkarlarla iş birliyi yaratmaq məqsədi ilə ölkəmizə səfər edən İran nümayəndə heyətinin əsas məqsədi iki ölkənin iş adamlarının işgüzar əlaqələrini daha da inkişaf etdirmək olub. Görüşdə ölkə iqtisadiyyatı haqqında qonaqlara ətraflı məlumat verən ASK prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir və yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının əsasını iri sənaye müəssisələri təşkil edəcək. Son illər ölkəmizə investisiya yatıran xarici şirkətlərin sayının sürətlə artdığını deyən M.Musayev gələcəkdə İran şirkətlərinin fəaliyyətinin canlanmasını məqsədəuyğun hesab edib. Azərbaycanla İran arasında iqtisadi əlaqələrə toxunan ASK prezidenti iranlı iş adamlarını qarşılıqlı əməkdaşlığa dəvət edib. Bildirib ki, ASK ölkəmizdə fəaliyyət göstərmək istəyən iranlı iş adamlarına hər zaman lazımi köməklik göstərməyə hazırdır. Ərdəbil Ticarət Palatasının sədri H.Pirmüəzzin ASK-nın rəhbərliyini sahibkarlarla birgə Ərdəbilə işgüzar səfərə, palatanın işi ilə yaxından tanış olmağa dəvət edib. İranın Azərbaycanda ticarət mərkəzi açmaq niyyətində olduğunu, artıq bu məsələ ilə bağlı təklifin irəli sürüldüyünü deyən qonaq qeyd edib ki, xarici ölkələrin bu təcrübəsini Azərbaycanda da tətbiq etmək istəyirlər. H.Pirmüəzzin bəyan edib ki, İran tərəfi iqtisadi əlaqələri bundan sonra daha da canlandırmağa cəhd edəcək. Görüşün sonunda İran nümayəndə heyətinin Azərbaycandakı sərmayə mühiti, idxal və ixrac proseduraları, yerli tərəfdaşların tapılması və ölkə iqtisadiyyatının cəlbedici sahələri və qonşu ölkələrlə ticarət münasibətləri kimi aktual məsələlərlə bağlı sualları ətraflı cavablandırılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info