Okeanın dibindən 737 kilo zibil yığdılar
Tarix: 04.09.2019 | Saat: 12:30:00 | E-mail | Çapa göndər


Bütün dünyada dəniz, okean və ya göllərlə yanaşı çay sularının çirklənməsi adi hal alıb. Təəssüf ki, bu məsələ ilə bağlı maarifləndirici tədbirlər görülsə, müəyyən layihələr həyata keçirilsə də ilbəil dünya sularında müxtəlif növ tullantıların miqdarı artır. Təhlükəli maddələr, müxtəlif növ insan və ümumilikdə canlı aləm üçün xeyli zərərli olan zərərli tullantılar, xüsusən də plastik tərkibli və ya illərlə hətta əsrlərlə çürüməyən zərərli materialların su hövzələrində çoxalması gələcəkdə flora və faunanın tamamilə məhv olma riskini xeyli artırır. Amma ayrı-ayrı ölkələrdə bununla mübarizə aparan və insanlara nümunə olacaq addımlar atanlar da olur. Misal üçün ABŞ. Belə ki, Floridada 633 üzgücü dünya rekorduna imza atıblar. Rekord məhz okean dibinin təmizlənməsi ilə bağlı olub. Onlar əlləri ilə 737 kilo zibil və 27 kilo balıqçılıq fəaliyyətindən su dibində qalan tilov ipləri çıxarıblar. Qeyd edək ki, plastik qablar və sellofan torbalarla yanaşı tilov ipləri də okean sularında uzun illər çürümədən qalır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2020
Robotlar insanlar üçün niyə qorxuludur?
17.09.2020
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
16.09.2020
Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
16.09.2020
Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO
14.09.2020
Diş ağrısı niyə gecələr başlayır?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info