“Putin Ermənistana 10 gün vaxt verib”
Tarix: 04.09.2019 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Ermənistana xaricdən pul köçürmələri azalıb

Ermənilər vaxtilə böyük ümidlə can atdıqları Avrasiya İqtisadi Birliyinə daxil olmalarını indi «utancverici tarix» kimi qeyd edirlər. Məsələ bundadır ki, bu gün ermənilər qarşılıq vermədən bütün iqtisadi tələblərinə cavab almaq istədikləri bu təşkilatdan narazıdırlar. Maraqlıdır ki, ermənilərin «Lragir» saytı Ermənistanda baş verən «məxməri inqilab»dan sonra da ölkəsinin Avrasiya İqtisadi Birliyi bataqlığından çıxa bilmədiyini iddia edir.
Deyildiyi kimi, ermənilərin bu təşkilatdan umacaqları çox idi. Hazırda isə arzuları çin olmayan ermənilər Avrasiya İqtisadi Birliyini ittiham etməkdə davam edirlər. İttihamlar isə müxtəlif xarakterlidir. Məsələn, Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan təşkilatın yaradıcısı olan Rusiyanı ermənilərə, dəqiq desək erməni sürücülərinə qarışı haqsızlıqda günahlandırır. Onun fikrincə, ölkəsinin bu təşkilatdakı üzvlüyünə baxmayaraq, Ermənistanda sürücülük kurslarını bitirən ermənilərin sürücülük vəsiqələri hələ də Rusiyada tanınmır.
Başqa bir Ermənistan nümayəndəsi, ölkənin işəgötürənlər birliyinin rəhbəri Qaqik Markaryan isə erməniləri qarşıda gözlənilən qiymət artımına hazır olmağa məsləhət görür. Markaryanın sözlərin görə, 2020-ci ilin yanvar ayından etibarən Ermənistanın gömrük imtiyazlarının Avrasiya İqtisadi Birliyi tərəfindən tutulması ölkədə qiymət artımının başlıca səbəblərindən biri olacaq.
Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan «Rusiyanın və digər qonşuların qısqanclığına səbəb olmamaq üçün» İrandan öz ölkəsinə qaz tədarükünün sxemlərini hazırlamağa çalışır (?). Maraqlıdır ki, erməni səfir Rusiyanın İrana Ermənistanın qaz bazarına girməsinə icazə vermək istəmədiyini başa düşsə də, o hətta Türkmənistandan mübadilə yolu ilə qaz nəqlinə nail olmaq istiqamətində addımlar atdığını bildirir.
Ermənilərin Rusiyadakı səfiri Vardan Toqanyan da «ittiham edənlər» sırasındadır. Toqanyan ölkəsinin ruslarla eyni təşkilatda- Avrasiya İqtisadi Birliyində təmsil olunmalarına baxmayaraq, Kremlin hələ də Mikael Arutunyan, Miqran Poqosyan kimi caniləri İrəvana verməməkdə «təqsirli» bilir.
Bu arada Ermənistan Mərkəzi Bankı 2019-cu ilin iyununda, ötən ilin eyni dövrü ilə müqayisədə, Ermənistandan 126 milyon 400 min ABŞ dollarının ölkədən çıxarılması barədə məlumat yayıb. Maraqlıdır ki, bu ərəfədə Ermənistana xaricdən pul köçürmələrinin 1,4 faiz azaldığını bildirən bank ölkədən çıxarılan pulun əvvəlki dövrlərlə müqayisədə iki dəfə artdığını bəyan edib.
Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün Vladimir Putinin oktyabrın 1-də Ermənistana gələcəyini yazan erməni mediası onun səfəri çərçivəsində həbsdə olan Robert Köçəryanla da görüşəcəyini istisna etmir. Putinin «Koçaryan məsələsini həll etmək üçün Ermənistana 10 gün vaxt verdiyini» bildirən erməni mediası, onun şərtlərinin yerinə yetirilməyəcəyi təqdirdə, sammitin Moskvada keçirilə biləcəyinə də eyham vurub.
… Nikol Paşinyan isə, nədənsə, "tarixən Rusiyanı biz həmişə bölgəmizdə Avropa dəyərlərini tanıdan bir qüvvə hesab edirdik" –deyə iddia edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Məhkəmə Robert Koçaryanı həbsdə saxlayıb
17.09.2019
“Bu gün heç kim etibar edib Ermənistana borc vermək istəmir”
17.09.2019
“Politik.am”: “Paşinyanın xidmət edən oğlu İrəvan küçələrində gəzir”
17.09.2019
“Qraparak”: “Ermənistanda “istefalar paradı” başlaya bilər”
17.09.2019
Dündar Keşaplı Türkiyə Futbol Federasiyasını ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info