Rusiya və Hindistan azad ticarət razılaşması ilə bağlı danışıqlara başlayacaq
Tarix: 04.09.2019 | Saat: 19:15:00 | E-mail | Çapa göndər



Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyi ilə Hindistan arasında azad ticarət razılaşması ilə bağlı danışıqların ilk mərhələsinin yaxın zamanda başlayacağını açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Vladivostok şəhərində Hindistanın baş naziri Narendra Modi ilə görüşdü.
Görüşdən sonra ölkə liderlərinin birgə mətbuat konfransı təşkil edildi.
Mətbuat konfransında çıxış edən Rusiya prezidenti ölkəsi ilə Hindistan arasında hərbi-texniki sahədəki əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək: "Bu əməkdaşlığımız strateji tərəfdaşlığımızın mühüm əsasını təşkil edir. Hərbi-texiki sahədə 2011-2020-ci illəri əhatə edən əməkdaşlıq müqaviləsini 10 il də uzatmaq istiqamıətində işlərimiz davam edir" dedi.
Putin Hindistan ilə ticarətdə milli pul vahidlərindən istifadəni artırmaq istədiklərini qeyd etdi, Avrasiya İqtisadi Birliyi ilə Hindistan arasında azad ticarətə dair müzakirələrin davam etdiyini bildirdi.
Hindistan baş naziri Narendra Modi Rusiya ilə müdafiə sahəsi kimi strateji sahələrdə əməkdaşlığı inkişaf etdirdiklərini qeyd edərək: "Rusiya ilə ehtiyat hissələrin Hindistanda istehsal edilməsinə dair müqavilələr imzaladıq. Bu, bütün sənayemiz üçün bir təkan xarakteri daşıyacaq. Hindistanda Rusiyanın dəstəyi ilə inşa ediləcək nüvə stansiyalarında yerli istehsalı inkişaf etdirmək əlaqələrimizi daha da gücləndirəcək" dedi.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Türkiyə Özbəkistanı dəstəkləyir
15.09.2019
Türkiyə və dünya ölkələri “Saudi Aramco”ya olan hücumu qınayıblar
15.09.2019
“Sarı jiletlilər” nümayişlərin 44-cü həftəsində yenə hökumətə qarşı etiraza çıxdılar
15.09.2019
Dronların hücumu nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı yarıbayarı azalıb
15.09.2019
Türkiyədə millət vəkili axtarışa verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info