COJEP beynəlxalq təşkilatının nümayəndələri Mətbuat Şurasında olublar
Tarix: 05.09.2019 | Saat: 12:19:00 | E-mail | Çapa göndər


Bu gün COJEP beynəlxalq təşkilatının rəhbəri Əli Gedikoğlunun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri - təşkilatın Avropa Parlamenti ilə iş şöbəsinin müdiri İfakat Yuna, Avropa Birliyi ilə əlaqələr koordinatoru Sati Arık və BMT üzrə əlaqələr koordinatoru Dudu Keleş Azərbaycan Mətbuat Şurasında olublar.
Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən, beynəlxalq təşkilatlardakı təmsilçilik məsələlərindən söz açıb. O bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası, Avropa Mətbuat Şuraları Alyansı kimi birliklərin üzvü olan Azərbaycan Mətbuat Şurası Avropa Şuranın və Avropa Birliyinin, həmçinin BMT-nin Azərbaycan nümayəndəlikləri ilə fəal əməkdaşlıq edir.
COJEP rəhbəri Ə.Gedikoğlu bildirib ki, 2007-ci ildən beynəlxalq qurumlarda təmsil olunan COJEP-in mərkəzi Strasburqda yerləşir. Bundan başqa təşkilat Avropanın 14 ölkəsində fəaliyyət göstərir, irqçilik, ayrıseçkilik, islamafobiya, demokratikləşmə, bərabər hüquqlar istiqamətində çalışır. Təşkilatın məqsədi beynəlxalq təşkilatlarda ictimai birliklərin təsir gücünü artırmağa yönəlib. Görüşdə COJEP nümayəndələrinin sentyabrın 1-dən 7-dək Cənubi Qafqaza səfəri gedişində müzakirə edilən məsələlər, qarşılıqlı əməkdaşlığın qurulması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info