Bolqarıstan səfiri İqtisadiyyat Nazirliyində olub
Tarix: 05.09.2019 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Sentyabrın 5-də İqtisadiyyat naziri Şahin Mustafayev Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankovla görüşüb. Nazir Şahin Mustafayev Azərbaycan və Bolqarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaratdığını vurğulayıb, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əlaqələrin inkişafında önəmini qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, investisiyaların qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat, gömrük, turizm və digər sahələrdə 80-dən çox sənəd imzalanıb. 2015-ci ildə imzalanmış Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın genişlənməsində xüsusi önəm kəsb edir.
Hazırda Azərbaycanda Bolqarıstan kapitallı 11 şirkət fəaliyyət göstərir. Bolqarıstana Azərbaycan ixrac missiyası təşkil edilib.
İqtisadi əlaqələrin genişləndirilməsinə gəlincə, Şahin Mustafayev ölkələrimiz arasında enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit, əczaçılıq, ticarət, turizm, humanitar və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanları diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycandakı sənaye parklarında tətbiq olunan güzəştlərdən Bolqarıstan sahibkarları da yararlana bilərlər.
İqtisadiyyat naziri Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə məlumat verib, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin Bolqarıstanla bu sahədə əməkdaşlığı daha da inkişaf etdirə biləcəyini diqqətə çatdırıb. Şahin Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından birgə tədbirlərin əhəmiyyətini qeyd edib.
Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb. Səfir qeyd edib ki, Bolqarıstan iş adamları Azərbaycanda fəaliyyət göstərməkdə və birgə müəssisələrin açılmasında maraqlıdır.
Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi
23.09.2020
Avropa fond bazarlarının əsas indeks göstəriciləri enib
23.09.2020
Paytaxtda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib
22.09.2020
“Alınan mallar geri qaytarılmır” kimi lövhələr asan mağaza sahiblərinin nəzərinə - Cərimələnəcəksiz

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
2 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
3 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
4 Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
5 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info