Bakıda türkdilli dövlətlərin beynəlxalq biznes forumu keçiriləcək
Tarix: 05.09.2019 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Oktyabrın 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək. Azərbaycan Sahibkarlar Konfederasiyasından verilən məlumata görə, zirvə görüşü çərçivəsində həmçinin Bakıda türkdilli dövlətlərin sahibkarlarının beynəlxalq biznes forumu da təşkil olunacaq. Bununla bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amrayevlə görüşüb. Görüşdə səfir Amreyev Azərbaycanın Astanada ticarət evi açmasını böyük rəğbətlə qarşıladığını bildirərək, qarşıdakı sammitin mühüm hadisələrlə yadda qalacağına toxunub. Onun sözlərinə görə, bu tədbirdə Macarıstan Ticarət və Sənaye Palatası, Macarıstan hökuməti iştirak edəcək, eyni zamanda Özbəkistan və Türkmənistanla yanaşı Macarıstan da müşahidəçi qismində təmsil olunacaq. Oktyabrın 5-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq biznes forum keçiriləcəyini vurğulayan Bağdad Amrayev, Konfederasiya üzvlərinin bu forumda geniş sahibkar heyətilə təmsil olunmasının məqsədəuyğunluğunu söyləyib. ASK prezidenti Daşkənddə olacaq biznes forumla bağlı Konfederasiyanın dəstək verəcəyini vurğulayıb. Məmməd Musayev həmçinin Bakı forumunun yüksək səviyyədə keçirilməsi üçün bütün imkanların səfərbər olunacağını və sahibkarların qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması üçün şərait yaradılacağını bildirib. Görüşdə əsnasında türkdilli dövlətlərin sahibkarları arasında öz fəallığı ilə seçilən iş adamlarının xüsusi olaraq mükafatlandırılacağı qeyd edilib. Belə ki, öz ölkəsindən əlavə daha iki türk dövlətində biznes quran, işgüzarlığı ilə seçilən şirkətlər bu mükafata layiq görüləcəklər.
Qeyd edək ki, oktyabrın 14-15-də Bakıda keçiriləcək sammit və biznes forum “Türkdilli dövlətlərdə kiçik və orta sahibkarlığın inkişafı”na həsr olunacaq. Qeyd edək ki, ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə ticarət dövriyyəsi 2018-ci ildə 29%, bu ilin yanvar-iyul ayı ərzində isə 32% artıb.
Xatırladaq ki, 17 may 2019-cu il tarixində Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ticarət - sənaye palatalarının iştirakı ilə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası təsis edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək
24.09.2020
Rusiya aviaşirkəti aylar sonra Bakıya ilk uçuşunu etdi
23.09.2020
Avropa fond bazarlarının əsas indeks göstəriciləri enib
23.09.2020
Paytaxtda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib
22.09.2020
“Alınan mallar geri qaytarılmır” kimi lövhələr asan mağaza sahiblərinin nəzərinə - Cərimələnəcəksiz

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
2 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
3 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
4 Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
5 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info