“Tert.am”: “Ermənistanda ərzaq, nəqliyyat və səhiyyə xidmətləri bahalaşıb”
Tarix: 06.09.2019 | Saat: 14:08:00 | E-mail | Çapa göndər


“Çörəyin qiymətində 5,5, yumurtada 38,9, ətdə 3,1, kartofda isə 75,4 faiz artım olub”

Bu il Ermənistanda istehlak mallarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb və maraqlıdır ki, bu artım hər gün müntəzəm olaraq artmaqdadır.
Ermənistanın «Tert.am» saytı ölkənin Milli Statistika Komitəsinin məlumatına istinad edərək, 2019-cu ilin iyul ayında ötən ilin iyul ayı ilə müqayisədə istehlak bazarında 1,7 faiz inflyasiya qeydə alındığı barədə məlumat yayıb. Xatırladaq ki, 2018-ci ilin yanvar-dekabr aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə ölkədəki inflyasiya səviyyəsi 2,5 faiz təşkil etmişdi. Beləliklə, 2019-cu ilin iyul ayında ölkədəki ərzaq məhsullarının qiymətində 2.8 faiz artım müşahidə edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Beləliklə, bu ərəfədə Ermənistanda satılan çörəyin qiymətində 5,5, yumurtanın qiymətində 38,9, ətin qiymətində 3,1, kartofun qiymətində isə 75,4 faiz artım olub. Əhalinin ən çox istifadə etdiyi tərəvəzlərin qiymətlərində isə 11,7 faiz artım olub. Onu da bildirək ki, ölkədəki qiymət artımı ölkədə satılan alkoqollu içki və tütün məhsullarından da yan keçməyib. Belə ki, bu satış sahəsində artım 4,1 faiz kimi qeydə alınıb. Bütün bunlarla yanaşı, ölkədə paltar, ayaqqabı və digər trikotaj məhsullarının qiyməti də 6,2 faizə qədər artıb. Rabitə, istirahət və mədəniyyət sahələrində qiymətlər müvafiq olaraq 0,5 və 1,3 ensə də, səhiyyə sektorunda 1,7 faiz, nəqliyyat sektorunda isə 1,1% artım qeydə alınıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info