İran və Kubanın ABŞ-ın sanksiyalarına göstərdikləri reaksiya
Tarix: 06.09.2019 | Saat: 14:35:00 | E-mail | Çapa göndər


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Kubanın xarici işlər naziri Bruno Rodriqez ABŞ-ın sanksiyalarının mülki vətəndaşları hədəf aldığını bildiriblər.

Kuba xarici işlər naziri Rodriqez şəxsi “Twitter” səhifəsində ABŞ-ın İran neftini hədəf alan sanksiyalarına reaksiya verdi:
"ABŞ-ın İranın dənizçilik qurumlarına qarşı sanksiyaları beynəlxalq qanun pozuntusudur. ABŞ-ın İranın neft hərəkətlərinin qarşısını almaq üçün etdiyi repressiv cəhdlər qardaş İran və Suriya xalqlarına təsir göstərir, kövrək bölgədə sülhü təhdid edir."
İranın xarici işlər naziri Zərif də şəxsi “Twitter” hesabında kubalı həmkarının bəyanatına istinadən etdiyi paylaşmada "Kubanı salamlayırıq və onunla eyni xəttdə dayanırıq." deyə yazdı.
"ABŞ-ın Kuba, Çin, Rusiya, Suriya və İrana qarşı iqtisadi terroru qəsdən mülki insanları hədəfə alır. ABŞ günahsız insanları qorxutmaqla qanunsuz siyasi məqsədlərinə nail olmağa çalışır" ifadəsini işlətdi.
Zərif ABŞ Dövlət Departamentinin İranın neft tankerini saxlamaq üçün tanker kapitanına milyonlarla dollar təklif etdiyini diqqətə çatdırdı.
"ABŞ-ın quldur davranışına indi piratlıq, rüşvət və şantaj daxildir" deyə Zərif vurğuladı.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Türkiyə Özbəkistanı dəstəkləyir
15.09.2019
Türkiyə və dünya ölkələri “Saudi Aramco”ya olan hücumu qınayıblar
15.09.2019
“Sarı jiletlilər” nümayişlərin 44-cü həftəsində yenə hökumətə qarşı etiraza çıxdılar
15.09.2019
Dronların hücumu nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı yarıbayarı azalıb
15.09.2019
Türkiyədə millət vəkili axtarışa verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info