Qara dəliyin təsvirini yayımlayan alimlərə mükafat
Tarix: 06.09.2019 | Saat: 21:28:00 | E-mail | Çapa göndər



Dünyanın müxtəlif ölkələrini təmsil edən 300-dək alimlərdən ibarət kollektiv kosmosda qara dəliyin təsvirini yaratdıqlarına görə "Breakthrough Prize in Fundamental Physics” (Fundamental fizikada irəliləyiş mükafatı) mükafatına layiq görülüb.


Alimlər arasında "Elm Oskarı” da adlandırılan mükafat 3 milyon dollardır.
CNN telekanalı: "ən böyük qara dəliyin Yer kürəsində bütün teleskopların birləşdirilməsi yolu ilə təsvir edilməsi” sahəsində elmi kəşfinə görə "Event Horizon Telescope” ("Hadisələrin üfüqi teleskopu”) layihəsində iştirak etmiş 347 alim 3 milyon dollarlıq elmi mükafata layiq görülüb. Pul mükafatı onların arasında bölünəcək.
Alimlər qara dəliyinin təsvirini 2019-cu il aprelin 10-da keçirdikləri mətbuat konfransında təqdim ediblər. Onlar apardıqları tədqiqatları təfsilatı ilə izah etmək üçün "The Astrophysical Journal Letters” jurnalında altı elmi məqalə dərc etdiriblər. Qız bürcünün mərkəzində yerləşən M87 qalaktikasının ortasındakı obyektin fotoşəkilini çəkmək üçün alimlər dörd qitədə olan 87 radioteleskopdan istifadə ediblər. Doğrudur, onlar sözün həqiqi mənasında fotoşəkil deyil, yalnız kölgəyə bənzəyən obyekti qeydə alıblar. Sonra, 2017-2018-ci illərin yaz ayları ərzində davamlı müşahidələr aparılıb. Əldə olunan bütün məlumatlar petebaytlarla hesablanaraq təmiz bir fotoşəkil halına gətirilib.
Bundan başqa, "Elm Oskarı” mükafatı fundamental fizikanın digər nominasiyaları üzrə də təqdim edilib. "Riyaziyyat üzrə nailiyyətlərə görə” mükafata rus mənşəli ABŞ riyaziyyatçısı Aleks Eskinə təqdim olunub. "Tibb sahəsində nailiyyət” nominasiyasının qalibləri isə ABŞ-dan olan genetik Ceffri Fridman, alman biokimyaçısı Frans-Ulrix Hartl, ameriaklı biloloqlar Artur Xorviç və Devid Culius, britaniyalı neyrobioloq Men-Yi Li olublar.
Mükafatların təqdimatı mərasimi noyabrın 3-də Kaliforniyada keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı
14.09.2019
Dünyada hər il 26 milyon hektar meşə qırılır
14.09.2019
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
14.09.2019
Tacikistanda elmə məlum olmayan rəsədxana aşkar olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info