Xınalıqda musiqi festivalı təşkil edilib
Tarix: 07.09.2019 | Saat: 02:25:00 | E-mail | Çapa göndər



Sentyabrın 6-da Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 8-dək davam edəcək festival müddətində Azərbaycan, Gürcüstan və Macarıstandan olan musiqiçilər öz ifalarını təqdim edəcək və müxtəlif master-klasslar keçəcəklər.
Tədbiri açıq elan edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Xınalıqda ilk dəfədir belə bir festival keçirilir və bu davamlı olacaq. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və müasir inkişafı barədə məlumat verən F.Nağıyev bu kəndin də qədim yaşayış məskənilərindən biri olduğunu vurğulayıb.
F.Nağıyev agentliyin yeni bir konsepsiya üzərində işlədiyini diqqətə çatdırıb. Qeyd edib ki, konsepsiya ölkə başçısına təqdim olunduqdan sonra Xınalıq böyük layihələrin bir tərkib hissəsinə çevriləcək. Bu, eyni zamanda kənddə iş yerlərinin açılmasına da təkan verəcəkdir.
Tədbirdə çıxış edən “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbəri Sitarə İbrahimbəyli layihə haqqında məlumat verib: “İşlədiyimiz komanda rəssamlardan, musiqiçilərdən və rejissorlardan ibarətdir. Biz sosial layihələri Xınalıqda və Qubanın digər kəndlərində reallaşdırmağı düşünmüşdük. Regionu turistlərə daha əlçatan etmək üçün layihələrimizdə tanınmış xalça ustaları, heykəltəraşlar və ümumiyyətlə mədəniyyət sahəsində çalışan digər sənətkarlar da əvvəllər iştirak edib. “Dağların başı” layihəsi də növbəti işlərimizdən biridir”.

Festivalda iştirak edən musiqiçilər Ben Uiler və Stefan Viliyam öz fəaliyyətləri haqqında məlumat veriblər. Onlar Qafqazda musiqinin qorunması və təbliğ edilməsi istiqamətində çalışdıqlarını söyləyiblər. Musiqiçilər bundan öncə Gürcüstanın dağlıq ərazilərində buna bənzər bir proqramda da iştirak etdiklərini söyləyiblər.
Sonra tədbirin bədii hissəsi başlanıb. Uşaqlar “Arşın mal alan” filmindən səhnəciklər və rəqs nömrələri nümayiş etdiriblər. Hətta xınalıq dilində şeir də söylənilib. Daha sonra Qərb ritmləri ilə milli musiqinin sintezi səsləndirilib.
Festivalda ərsəyə gətirilmiş məhsulların satışı məqsədilə yarmarka da təşkil olunub.
Yoqa, meditasiya vorkşopları və açıq havada nümayiş olunan kino festivala rəng qatıb.
Qeyd edək ki, “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbərlik etdiyi “Dağların başı” layihəsinin koordinasiyasını Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi həyata keçirir.
Məqsəd incəsənət mütəxəssislərinin iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaq, toxuculuq üzrə yeni yaradıcı dizayn yanaşmasını tətbiq etmək, buranın təbii və mədəni resurslarından istifadə edərək müxtəlif yeni fəaliyyət növlərini və məhsulları yaratmaqdır.
Burada yerli əhaliyə xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər keçirilib. Gələcəkdə də qoruğun sosial-mədəni həyatının inkişaf etdirilməsi məqsədilə bu növ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
20.09.2019
“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq
19.09.2019
Azərbaycanlı rəssamın Neapol uğuru
19.09.2019
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
19.09.2019
“YARAT”da Rusiya istehsalı olan filmlər göstəriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info