Naxçıvanda şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanı keçirilib
Tarix: 07.09.2019 | Saat: 14:06:00 | E-mail | Çapa göndər



Muxtar respublikada şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komissiyanın Test mərkəzində təşkil olunan imtahanda iştirak etmək üçün 95 müəllim qeydiyyatdan keçib. Onlardan 93-ü test imtahanında iştirak edib və 83-ü müvafiq keçid balını toplayıb.
Test imtahanında iştirakçılara 40 sual təqdim edilib, sualları cavablandırmaq üçün isə 60 dəqiqə vaxt verilib. İmtahanda test tapşırıqlarının ən azı 50 faizini (20 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış hesab olunurlar. Şahmat fənni üzrə aparılan test imtahanı elektron proqram təminatı vasitəsilə keçirilib. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişə və monitorda imtahanın vaxtını izləyə biliblər. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi də aparılıb. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara nəticələrə dair arayış təqdim edilib. Həmin nəticələr komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
Qeyd edək ki, 2018-ci il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrə əsasən muxtar respublikada digər idman növləri kimi, şahmatın da inkişafı, uşaq və yeniyetmələr arasında kütləvi hal alması üçün mühüm tədbirlər həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14.09.2019
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info