Səmada da tıxaclar yarana bilərmi?
Tarix: 07.09.2019 | Saat: 14:44:00 | E-mail | Çapa göndər



Hazırda Almaniyanın hava məkanında yarım milyona yaxın özəl və kommersiya dronlarının uçuşları həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu məlumat Almaniyada nəşr olunan “Süddeutsche Zeitung” qəzetində yer alıb. Redaksiyanın qənaətinə görə, pilotsuz aparatların sayı ildən-ilə artır. Onların köməyi ilə evlərə məktublar və müxtəlif məhsullar çatdırılır. Alman poçtu və internet-mağazalar dronlarla daha çox maraqlanır və bu istiqamətdə artıq onların sınaqları keçirilir.
Eyni zamanda, Almaniya hökuməti pilotsuz aparatların daha geniş yayılmasından o qədər də məmnun deyil. Çünki onların texniki xarakteristikasının təkmilləşdirilməsi nəticəsində artıq səmada da gərginlik əmələ gəlir.
Yeni qaydalara görə, dronların sahibləri ayda 3 avro məbləğində xüsusi sığorta əldə etməlidirlər. Eyni zamanda, çəkisi 250 qramdan artıq olan hər bir dron onun sahibinin adı və ünvanı göstərilmək şərti ilə xüsusi odadavamlı işarə daşımalıdır. Almaniyada dronlara 100 metrdən çox yüksəklikdə və pilotların görə bilməyəci səviyyədə uçmaq qadağan edilib. Bundan başqa, yaşayış binalarının, qoruqların, həbsxanaların üzərində, habelə aerodromlardan 1,5 kilometrdən az radiusda uçuş həyata keçirməyə də icazə verilmir. İnsanların toplaşdığı məkanlardan, dəmir yollarından, federal əhəmiyyətli avtomagistrallardan, fövqəladə hadisə yerlərindən, hərbi və sənaye obyektlərindən minimum 100 metrlik məsafə saxlanılmalıdır.
Yeri gəlmişkən, alman dron həvəskarları bu qaydalara o qədər də dəqiq əməl etmirlər.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı
14.09.2019
Dünyada hər il 26 milyon hektar meşə qırılır
14.09.2019
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
14.09.2019
Tacikistanda elmə məlum olmayan rəsədxana aşkar olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info