Bidzina İvanişvili: “Rusiya kimi bazarı itirmək bağışlanmaz səhv olacaq“
Tarix: 27.08.2013 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Gürcüstanın baş naziri Bidzina İvanişvili "Bloomberg" agentliyinə müsahibəsində bildirib ki, "ölkə korrupsiya bataqlığına batıb və prezident Mixail Saakaşvili bunu bilməli idi və bəlkə də ola bilər ki, hətta özü də bunda iştirak edirdi". Xəbərdə deyilir ki, gürcü baş naziri həmçinin istisna etməyib ki, hazırkı prezident Saakaşvili cari ilin oktyabrında yeni dövlət başçısının seçkilərindən sonra həbs edilmiş ola bilər. Nəzərə alaq ki, Saakaşvilinin Vahid Milli Hərəkatının lideri, sabiq baş nazir Vano Merabişvili artıq həbs edilib. Gürcüstanın baş naziri həmçinin bildirib ki, cari ilin sonunda siyasətdən getməyə və aktiv ictimai fəaliyyətlə məşğul olmağa hazırlaşır. O, bildirib: "Düşünürəm ki, yeni ilə qədər siyasətdən gedəcəyəm və aktiv ictimai fəaliyyəti davam etdirəcəyəm". İvanişvilinin fikrincə, Gürcüstanın əsas problemi hökumətdə deyil, siyasi mədəniyyətin aşağı olması və onun daşıyıcısı sayılan cəmiyyətin təcrübəsizliyindədir. İvanişvili qeyd edib ki, "Bu mədəniyyətin artırılması üçün əlimdən gələni edəcəyəm". Baş nazir bildirib ki, "Bu gün Gürcüstan siyasətində mən təsəvvür edə bilmədiyim qədər çox qeyri-müəyyənlik qalır. Bu problemin həlli yollarını biz hələ tapmamışıq. Oktyabr seçkilərini (prezident seçkiləri) gözləməliyik və arzu etməliyik ki, onlardan sonra ölkədə vəziyyət siyasi cəhətdən daha sabit, daha balanslaşdırılmış olsun". İvanişvili həmçinin qeyd edib ki, "siyasətdə artıq müəyyən təcrübə əldə edib, amma indi iqtisadiyyatın inkişafına daha çox diqqət yetirilməlidir, çünki bütün yollar - ölkə qarşısında duran problemlərin həlli məhz iqtisadiyyat üzərindən keçir." Baş nazirin sözlərinə görə, "Gürcüstanın NATO-ya daxil olmasının mümkün tarixini demək çətindir, amma vəziyyətin təhlili göstərir ki, əgər hər şey yaxşı getsə, ümidvarıq ki, 3-4 ildən sonra Gürcüstan NATO-nun üzvü ola bilər”. Bidzina İvanişvilinin bildirir ki, Rusiya ilə Gürcüstanın da əlaqələrinin bərpası çox vacibdir: "RF ilə münasibətlərin normallaşdırılması Gürcüstanın siyasi sabitliyi üçün və ölkə iqtisadiyyatı üçün də çox vacibdir və Gürcüstan hökuməti bu məqsədə nail olmaq üçün əlindən gələni edəcək". Bidzina İvanişvili sonda qeyd edib ki, "Rusiya bizim ən böyük qonşumuzdur. Rusiya çox maraqlı və ən böyük bazara malik böyük ölkədir. İstənilən dövlət üçün Rusiya ilə normal münasibətlərin qurulmasından imtina etmək və bu bazarı itirmək bağışlanılmaz səhv olacaq".

Elnarə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info