Putinin Bakı səfəri Ermənistan mediasının gündəmindən düşmür
Tarix: 27.08.2013 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Qalust Qriqoryan: “Ermənistan Putin üçün heç Abxaziya qədər əhəmiyyət kəsb etmir”
“Aravot”: “Enerji və iqtisadi sahədə əməkdaşlıqda Azərbaycan Rusiya Federasiyası üçün nüfuzlu dövlət olaraq qalmaqdadır”
Rusiya dövlət başçısı Vladimir Putinin Azərbaycana reallaşdırdığı uğurlu səfər və imzalanan sənədlər tərəflər arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub. Bu mərhələdə tərəflər iqtisadi-humanitar sahədə əlaqələri daha da genişləndirmək, neft müəssisələri və terminallarından birgə istifadə kimi yeni əməkdaşlıq sferalarında işləmək barədə razılığa gəliblər. Şübhəsiz ki, yeni sferaların tapılması və əlaqələrin inkişafını bu sferalara yaymaq ümumilikdə Rusiya-Azərbaycan münasibətlərinin müsbət axarda inkişafını təmin etməyə hesablanıb. Bu fakt regionun iki əsas dövləti arasında münasibətlərin inkişafı deməkdir ki, bu da bölgədə sabitliyin təmin olunmasında, iqtisadi münasibətlərin inkişafında həlledici amildir. Bölgənin təhlükəsizliyi və iqtisadi inkişafı Rusiya-Azərbaycan münasibətlərindən çox asılıdır. Bu reallığı doğru şəkildə qiymətləndirən Azərbaycan və Rusiya siyasi rəhbərliyi münasibətlərin inkişafına praqmatik yanaşma mövqeyi ortaya qoydular. Rusiya-Azərbaycan münasibətlərinin inkişafına paralel olaraq Rusiya-Ermənistan münasibətlərində soyuqluq müşahidə edilir. Kremlin İrəvana qarşı ortaya qoyduğu mövqe Ermənistanda ciddi narazılıq dalğası yaradıb. İrəvanın Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı səsləndirdiyi sərsəm açıqlamalar Moskvanın xoşuna gəlmir. Moskvada onlardan tam asılı vəziyyətdə olan bir “forpost”un belə sərsəmləməsi ən yaxşı halda xoş qarşılanmadığından bəzi adekvat addımlar atılır. Bu isə onsuz da ağır vəziyyətdə olan Ermənistanda ciddi narazılıq, iqtisadi çətinlik, iğtişaşlar yaranması üçün yetərlidir. Elə bu səbəbdəndir ki, Putinin Bakı səfəri Ermənistan mətbuatının gündəmindən düşmür. İşğalçı ölkənin mediası demək olar ki, hər gün bu səfərlə bağlı şərhlər təqdim edərək maksimum şəkildə səfərin əhəmiyyətini azaltmağa çalışır. Amma bunu da uğurlu şəkildə edə bilmir, Ermənistanın çarəsizliyini dolayı yolla olsa da, ortaya qoyurlar. Putinin bölgədə ilk dəfə İrəvana səfər etməsi üçün dəridən-qabıqdan çıxsalar da, buna nail ola bilmədilər. Putin üçüncü prezidentlik dönəmində bölgədə ilk səfərini regionun siyasi-iqtisadi-mədəni-hərbi mərkəzi olan Bakıya etməklə hər kəsə yerini göstərdi. Bundan sonra böyük məyusluq keçirən erməniləri indi də özündən çıxaran Putinin heç olmasa, Bakıdan sonra olsa belə, İrəvanı yox, Abxaziyanı ziyarət etməsidir. Ekspert Qalust Qriqoryan qeyzlə yazır ki, Putin üçün Abxaziya lideri Aleksandr Ankvab Serj Sərkisyandan qat-qat əhəmiyyətli şəxsdir. Belə ki, Putin müstəqilliyi ancaq Rusiya tərəfindən tanınan Abxaziyaya səfər etməyi Ermənistana səfər etməkdən daha üstün tutur: “Mən anlaya bilmirəm ki, Putinlə Ankvab arasında hansı məsələ müzakirə olunub, tərəflər arasında hansı əməkdaşlıqdan söhhət gedə bilər? Nəyə görə Putin Abxaziyaya səfər edib? Onu Kremlə çağırıb görüşə də bilərdi. Amma fakt odur ki, Putin Abxaziyaya səfər etdi və şəxsən Ankvabla görüşdü. Bu görüş kimlərəsə mesaj idi. Bu mesaj ilk olaraq Sərkisyana ünvanlanmışdı. Putin mesajla deyir ki, Serj Azatoviç sən mənim bu səfərimə layiq deyilsən. Sərkisyan Putin üçün Abxaziya lideri qədər əhəmiyyət kəsb etmir. Faciəlidir. İndiyə kimi Rusiya-Ermənistan münasibətləri heç vaxt bu qədər aşağı səviyyəyə düşməmişdi. Paradoksal olsa da, fakt odur ki, bunun əvəzində Ermənistanın ABŞ və ya Avropa ilə münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini demək üçün heç bir səbəb yoxdur. Putin bununla təkcə Sərkisyanı yox, Bako Saakayanı da təhqir edib. Belə ki, Saakyanla görüşə Anna Çapmanı göndərib. Çapman mədəni şəkildə desək, casusdur. Putin bununla Saakyanın kiminlə danışıq aparmalı olduğunu göstərir. Qarabağa Çapmanı göndərir, özü Abxaziyaya səfər edir. Putin nə Qarabağa gəlir, nə də Ermənistana. Rusiya prezidentinin sərt demarşı göstərir ki, ciddi şəkildə düşünməliyik ki, bunun nəticəsi Qarabağ və Ermənistan üçün nə ilə nəticələnə bilər. Bəlkə elə casus, teleaparıcı Çapman bunu demək üçün Saakyanla görüşə gəlmişdi”. Putinin Bakı səfəri ilə bağlı “Aravot” nəşrində məqalə dərc edilib. Emma Qabrielyan adlı müəllif yazır ki, tərəflər arasında humanitar, enerji, nəqliyyat sektorunda əməkdaşlıq, Samur çayı üzəridə iki dövlət arasında körpü tikintisi, ARDNŞ ilə “Rosneft” arasında əməkdaşlıqla bağlı müvafiq sənədlər imzalanıb: “Bu sənədlər onu göstərir ki, enerji və iqtisadi sahədə əməkdaşlığı möhkəmləndirmək məsələsində Rusiya Federasiyası üçün Azərbaycan nüfuzlu dövlət olaraq qalmaqdadır. Putinin Bakı səfərinin Ermənistana psixoloji təzyiq olması ilə bağlı fikirlər səsləndirilir. Bu ola bilsin ki, elə belədir, amma yeganə psixoloji təzyiq deyil. Rusiya tərəfindən Ermənistana kifayət qədər psixoloji təzyiq göstərilib. Bu təzyiqlərdən biri də Azərbaycana dəyəri 3-4 milyard dollar həcmində olan müasir hücum silahlarının satılmasıdır. Putinin səfəri Rusiya-Azərbaycan münasibətlərində növbəti yüksəlişdir. Amma bu səfərə regional kontekstdə də baxmaq lazımdır. Gürcüstan və Ermənistan Avropa İttifaqı ilə sənəd imzalamağa hazırlaşır. Bu isə Moskvanın xoşuna gəlmədiyindən əlində olan resurslar vasitəsilə prosesə mane olmağa çalışır. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan “commonspace.eu” saytına müsahibəsində bildirmişdi ki, Gömrük İttifaqı Avropa İttifaqı ilə assosiativ əməkdaşlığa maneədir. O qeyd etmişdi ki, assosiativ sənəd Avropa ilə iqtisadi əməkdaşlığı nəzərdə tutur. Ermənistan hərbi təhlükəsizlik baxımından Rusiyaya bağlıdır: “Amma biz NATO ilə də əməkdaşlıq edirik, amma heç vaxt deməmişik ki, alyansa üzv olmaq istəyirik”. Ermənistana göstərilən psixoloji təzyiq, yəqin ki, bundan sonra da davam edəcək. Ermənistan hələ də Rusiyanın “strateji müttəfiqi” qalmaqda davam edir, burda onların hərbi bazası var və Kreml, yəqin ki, Ermənistan ictimaiyyətində yaranan narazılığı nəzərə alacaq. Bir məsələ də var ki, Ermənistanın da Rusiya ilə sərt konfrontasiyaya getmək imkanları məhduddur”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info