Fərəc Quliyev: “Cəmil Həsənlinin namizədliyi heç nəyi dəyişməyən çox cılız bir gediş oldu”
Tarix: 27.08.2013 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Kinodramaturq Rüstəm İbrahimbəyovun müxalifətlə oynadığı “oyun”dan sonra onun prezident seçkilərində “milli şura”nın vahid namizədi kimi iştirakının qeyri-mümkün görünməsi bu qurumda təmsil olunan siyasiləri alternativ variantlar üzərində düşünməyə vadar etdi. İntriqalarla dolu gərgin müzakirələr nəticəsində ortaq məxrəcə gələn radikal müxalifət partiyalarının əldə etdikləri razılığa əsasən “milli şura”nın “ehtiyat namizədi” bu günə qədər bir neçə düşərgə dəyişən Cəmil Həsənli oldu. “Milli şura”da təmsil olunan əksər siyasi partiya liderləri Cəmil Həsənlinin “ehtiyat namizəd” olmasını qəbul etməsələr də, hansısa maraqların müqabilində onlar da bununla razılaşmış oldular. Cəmil Həsənlinin “milli şura”nın “ehtiyat namizəd”i olmasına nə dərəcədə layiq olması məsələsindən çox, müxalifət düşərgəsinin seçki kampaniyasının çoxdan başlamasına baxmayaraq,yalnız indi hazırlıqlara start verməsi tənqid olunur. Bundan əlavə Cəmil Həsənli öz sahəsinin müəyyən mənada bilicisi və tarixçi olsa da o, yaxşı siyasətçi, lider deyil. Bir qayda olaraq,bir düşərgədən digərinə transfer olan Cəmil Həsənlinin yaxın keçmişinə, siyasi karyerasına nəzər salsaq aydın görərik ki, adıçəkilən şəxs daha çox şəxsi maraqlar prizmasından çıxış etməyə üstünlük verir. Hələ 2005-ci ilin parlament seçkiləri zamanı bir mandat uğrunda təmsil etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasını tərk edən, əqidə, məslək yoldaşlarına xəyanət yolunu tutan Cəmil Həsənli həmin dövrlərdə sanki özünü hakimiyyətin ən yaxın adamlarından biri kimi aparırdı. AXCP-də olduğu dövrlərdə xalqın rifah halının yaxşılaşdırlmasından danışan, ölkədə insan hüquq və azadlıqlarının pozulduğunu iddia edən Cəmil Həsənli deputat mandatını əldə etdikdən sonra sanki 180 dərəcədə dəyişmiş oldu. Deputat kimi fəaliyyət göstərdiyi illərdə bir dəfə də olsun vaxtilə təmsil olunduğu düşərgənin problemlərini, istək və arzularını qanunverici orqandan səsləndirmədi. Deputat səlahiyyəti müddəti bitdikdən və növbəti çağırışda Milli Məclisə seçilmədikdən sonra Cəmil Həsənli yenidən “haqq-ədalət” carçısına çevrildi. Bütün bunlar onu deməyə əsas verir ki, “milli şura”nın “ehtiyat namizəd”i kimi cəmiyyətə sırınan Cəmil Həsənli heç də uğurlu seçim deyil. Çünki bir qayda olaraq şəxsi maraqlarından çıxış edən Cəmil Həsənlinin bir müddət sonra daha şirnikləndirici təklif müqabilində “milli şura”ya da xəyanət edəcəyi istisna olunmur. 2005-ci ildə AXCP-dən istefa verib, bu gün həmin partiyanın sədri Əli Kərimli ilə bir cərgədə dayanan Cəmil Həsənlidən istənilən addımı gözləmək mümkündür. Hətta iş o yerə çatıb ki, “milli şura”nın əsas liderlərindən olan eks-spiker Rəsul Quliyev də müxalifətin gec oyanıb seçkiyə Cəmil Həsənli ilə getməsinə reaksiya verərək deyib ki, o, seçkilərdə heç 0.5 səs belə toplaya bilməyəcək. Bəlkə də elə buna görədir ki, təkcə “milli şura”da təmsil olunan siyasilər deyil, eləcə də bu qurumdan kənarda olan insanlar da Cəmil Həsənlinin “ehtiyat namizəd”liyini qəbul etmirlər.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev “Palitra”ya verdiyi açıqlamada seçkiyə hazırlıq prosesinin əslində bir neçə il əvvəl başlanmalı olduğunu söylədi. O seçkiyə bir ay qalmış namizəd formalaşdırıb dava və intriqalarla seçki hazırlığını qurmağı anormal hal saydı: “Son vaxtlar Rusiyada bəzi qüvvələrin formalaşdırdığı “milli şura” layihəsi Azərbaycanda görünməyə başladı ki, bununla da daxildə bəzi anlaşılmazlıqlar yarandı və kimlərsə cəmiyyəti başqa yerlərə sürükləyirdilər. Uzun müddət demokratik qüvvə kimi görsənməyə çalışan qüvvələr artıq xarici ölkənin əlaltısı kimi görünməyə başladı. Hətta Gürcüstan prezidenti Saakaşvili belə, ölkəmiz haqqında narahatlığını dilə gətirərək bildirdi ki, Tiflisə toplaşan bu adamlar xaricin əlaltılarıdır. Bunu “milli şura”ya daxil olan partiyalara məxsus qəzet rəhbərləri, eləcə də oranın digər üzvləri də elan etdilər. Burada artıq gizlin heç nə qalmadı.Yəni, bəzi qüvvələrdə Azərbaycanın daxili durumunu dəyişmək üçün xarici maraqlar var idi. Hər halda buna ən azından cəhdlər oldu. Ona görə də, indiki durum birbaşa xarici amillərlə əlaqəlidir”.
Fərəc Quliyev deyir ki, Azərbaycanda milli barışa ehtiyac var idi. Müxalifətlə iqtidar arasındakı dialoqun olmaması siyasi rəqabəti siyasi düşmənçilik səviyyəsinə gətirib çıxardı: “Hesab edirəm ki, seçki ilində yalnız yarış olmalıdır və o mühit yalnız yumşaq olmalıdır. Rəqiblərin bir-birinə münasibəti də yalnız hörmət əsasında və platformaları toqquşduracaq səviyyəsində olmalıdır. Seçki ilə bağlı olaraq məndə narahatlıqlar yoxdur. Bütün imkanları toparlayıb ölkəmiz demokratik seçkilərə gedərsə, bu, hamımız üçün böyük uğur olar”.
Millət vəkili müxalifətin özünə Cəmil Həsənlini seçməsini də uğursuz addım saydı: “Hələ xeyli müddət öncə verdiyim proqnozlar özünü doğrultdu. Həmişə deyirdim ki, Azərbaycanda təmərküzləşmə vacibdir. Amma bir başqa ölkənin zehniyyətini, istəklərini iş başına gətirmək üçün təmərküzləşmə adı altında toparlanma zərərli bir şey idi. Çox böyük bir yanlışlıqlara yol verdilər. Siyasətdə uzun müddət olmuş adamlar gedib orada yer aldılar. Yaranan gündən də proqnozlaşdırırdım ki, bu qurumun, belə birliyin heç bir nəticəsi olmaz. Çünki Azərbaycan xalqı xarici bir dövlətin əlaltılarının burada modelləşdirdiyi bir quruma heç vaxt dəstək verməyəcək və vermədi də. Bu proses bitmiş bir prosesdir. Amma sakitcə kənara çəkilmək əvəzinə, “varıq” deyə Cəmil Həsənlini də prosesin qabağına zorla itələyib saldılar. Deyəsən, hətta o, bir dəfə bu təklifdən imtina etmişdi də. Bu tədbir də müxalifətə bir şey verməyəcək. Məsələ burasındadır ki, ilk gündən burada Rüstəm İbrahimbəyov şəxsiyyətindən də söhbət getmirdi. Burada əsas maraq və söhbət layihədən gedirdi. O layihənin icraçıları, buradakı adamları yerindədir. Azərbaycanın üstünə gələn maşın yerindədir sadəcə onun sürücüsünü dəyişməyə ehtiyac duydular. Amma o maşın bunların özlərinin qoyduqları minaya çoxdan düşüb partlayıb və zərər vermək imkanını da itirib. Hesab etmirəm ki, bu qurum bir uğura imza atacaq. Cəmil müəllim burada süni şəkildə yandırılan və kimlərinsə özünün burada xilası naminə sığındığı bir projedir, qoyublar ortaya. Heç nəyi dəyişməyən çox cılız bir gediş oldu bu”.
Tural





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info